Turist FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
29 Yanvar 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
794
30.12.2019, 15:22
Azərbaycanda qadını şantaj etməkdə təqsirli bilinən Goranboy rayon sakini Emin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
Emin Quliyev “İnstagram” sosial şəbəkəsində Gəncə şəhər sakini Jalə Məmmədovanın (ad və soyad şərti verilib - red.) adına saxta profil açıb. O, qadının fotolarını yayacağı ilə hədə-qorxu gəlib, sonra qadından külli miqdarda pul alıb.
Həmçinin oxuyun
Məlum olub ki, Emin Quliyev ailəli olan Jalə Məmmədovanı bir neçə dəfə şantaj edib. Ona zor tətbiq etməklə, ailəsini dağıdascağı ilə də hədə-qorxu gəlib. Sonuncu dəfə o, həmin profilin silinməsi üçün Jalə Məmmədovadan 100 manat tələb edib. Dəfələrlə şantaj olunan Jalə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
İstintaq orqanı tərəfindən Emin Quliyevin barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
23:32 / 29 Yanvar 2026
1
23:27 / 29 Yanvar 2026
10
23:22 / 29 Yanvar 2026
3
23:14 / 29 Yanvar 2026
29
23:09 / 29 Yanvar 2026
22
23:01 / 29 Yanvar 2026
188
22:54 / 29 Yanvar 2026
39
22:54 / 29 Yanvar 2026
38
22:52 / 29 Yanvar 2026
59
22:42 / 29 Yanvar 2026
31
22:38 / 29 Yanvar 2026
41
22:37 / 29 Yanvar 2026
32
22:26 / 29 Yanvar 2026
33
22:20 / 29 Yanvar 2026
37
22:19 / 29 Yanvar 2026
49
22:09 / 29 Yanvar 2026
45
22:05 / 29 Yanvar 2026
64
21:53 / 29 Yanvar 2026
68
21:50 / 29 Yanvar 2026
47
21:47 / 29 Yanvar 2026
374
21:39 / 29 Yanvar 2026
70
21:20 / 29 Yanvar 2026
49
21:15 / 29 Yanvar 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.