Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda tələbə faciəvi şəkildə öldü 

Azərbaycanda tələbə faciəvi şəkildə öldü 

KRİMİNAL

57

21.02.2026, 21:58

Gəncədə universitet tələbəsinin qəfil ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu24.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, 2007-ci il təvəllüdlü Təbriz Nuriyev futbol oynayarkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gəncədə fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.