Elman Əhmədzadə HƏBS EDİLDİ
15 Noyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
652
27.11.2025, 12:07
“Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı açılan cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başlayıb.
Oxu24.com xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub.
Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, o işə dünən qoşulduğu üçün cinayət işinin materialları ilə tanış deyil.
Vəkil deyib ki, bəzi sübutların çıxarılması və ya əlavə olunması ilə bağlı vəsatətlər də yalnız hazırlıq iclasında verilə bilər. Buna görə vəkil məhkəmədən iclasın təxirə salınmasını xahiş edib.
Azər Cümşüdov da vəkili ilə razılaşıb: "Bu cinayət işi ilə mənim əlaqəm yoxdur. İstintaq müddətində dövlət hesabına olan vəkilimlə əlaqəm olmayıb. Cinayət işi ilə tanış deyiləm. Özümü isə qəti təqsirli bilmirəm. Sübutlarım var, həmin dövrdə orada işləməmişəm. Bununla bağlı müvafiq əmrlər var".
Məhkəmənin qərarı ilə hazırlıq iclası dekabrın 9-na təxirə salınıb.
Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
21:37 / 15 Noyabr 2026
157
21:07 / 15 Noyabr 2026
469
20:58 / 15 Noyabr 2026
311
20:55 / 15 Noyabr 2026
95
20:44 / 15 Noyabr 2026
194
20:39 / 15 Noyabr 2026
94
20:30 / 15 Noyabr 2026
114
20:09 / 15 Noyabr 2026
338
19:51 / 15 Noyabr 2026
370
19:37 / 15 Noyabr 2026
122
19:17 / 15 Noyabr 2026
132
19:09 / 15 Noyabr 2026
120
18:40 / 15 Noyabr 2026
138
18:05 / 15 Noyabr 2026
149
17:53 / 15 Noyabr 2026
1947
17:43 / 15 Noyabr 2026
781
17:16 / 15 Noyabr 2026
667
17:12 / 15 Noyabr 2026
3858
17:09 / 15 Noyabr 2026
127
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
173
15:15 / 15 Noyabr 2026
153
14:47 / 15 Noyabr 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.