Elman Əhmədzadə HƏBS EDİLDİ
15 Noyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
973
26.11.2025, 13:37
Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin bəzi təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki,Hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb.
Onların birgə nikahdan üç övladı olub. Böyüyünün 25 yaşı var.
Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib.
Onun keçmiş əri Həmid Eyvazov Teleqraf-a açıqlamasında bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur, bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib.
Keçmiş ərinin bu təklifindən sonra P. Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıqları evin arxasına dənizə atıb.
H. Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib: "Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3 min manata TikTok-dan tapdığı adama satıb, amma həmin adama zəng çatmır. Dedim polisə bildir ki, uşağımı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib."
"10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb. Ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm, niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili elədin?!"
Faktla bağlı araşdırma aparılır.
22:05 / 15 Noyabr 2026
152
21:57 / 15 Noyabr 2026
76
21:37 / 15 Noyabr 2026
578
21:07 / 15 Noyabr 2026
671
20:58 / 15 Noyabr 2026
397
20:55 / 15 Noyabr 2026
114
20:44 / 15 Noyabr 2026
249
20:39 / 15 Noyabr 2026
108
20:30 / 15 Noyabr 2026
130
20:09 / 15 Noyabr 2026
365
19:51 / 15 Noyabr 2026
394
19:37 / 15 Noyabr 2026
131
19:17 / 15 Noyabr 2026
138
19:09 / 15 Noyabr 2026
126
18:40 / 15 Noyabr 2026
143
18:05 / 15 Noyabr 2026
153
17:53 / 15 Noyabr 2026
1997
17:43 / 15 Noyabr 2026
789
17:16 / 15 Noyabr 2026
695
17:12 / 15 Noyabr 2026
4105
17:09 / 15 Noyabr 2026
129
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.