Qaynar xətt:

(+99450) 247 90 86

Mehdidən sonra anası da vəfat etdi

CƏMİYYƏT

1131

16.07.2025, 00:00

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.

Oxu24.com  xəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.

Partlayış zamanı mənzildə iki uşaq olub. Onlardan biri, 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.

Övladının ölüm xəbərini bu gün öyrənən ana da onun itkisinə dözməyərək ölüb.

Mənzildəki digər uşaq sağdır. Məlumata görə, uşaqların atası onlarla yaşamırmış.

Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.“Qafqazinfo”