18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
483
22.05.2025, 12:43
Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub.
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olsa da, hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur.
Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər.
Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb.
Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.
Həmçinin oxuyun
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
01:21 / 14 Dekabr 2025
823
00:52 / 14 Dekabr 2025
588
00:43 / 14 Dekabr 2025
131
00:04 / 14 Dekabr 2025
448
23:47 / 13 Dekabr 2025
1143
23:44 / 13 Dekabr 2025
77
23:30 / 13 Dekabr 2025
86
22:45 / 13 Dekabr 2025
500
22:30 / 13 Dekabr 2025
137
22:28 / 13 Dekabr 2025
162
22:22 / 13 Dekabr 2025
190
22:11 / 13 Dekabr 2025
300
21:58 / 13 Dekabr 2025
450
21:34 / 13 Dekabr 2025
1241
21:21 / 13 Dekabr 2025
106
21:19 / 13 Dekabr 2025
140
21:15 / 13 Dekabr 2025
100
21:02 / 13 Dekabr 2025
93
20:49 / 13 Dekabr 2025
436
20:44 / 13 Dekabr 2025
117
20:36 / 13 Dekabr 2025
104
20:26 / 13 Dekabr 2025
96
20:01 / 13 Dekabr 2025
321
19:53 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.