Qaynar xətt:

(+99450) 247 90 86

Bankomatı doğradı, pulları çıxara bilmədi

2018-04/1524727635_bankomat12.jpg

KRİMİNAL

1234

26.04.2018, 11:26

\"\" Dünən saat 02 radələrində Qazax rayonunda bankomata müdaxilə edən şəxs tutulub.
Lent.az xəbər verir ki, Ağköynək kənd sakini 1990-cı il təvəllüdlü Zeynalov Ziyaddin Surxay oğlu Qazax şəhərinin H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank” ASC-yə məxsus bankomata kustar üsulla müdaxilə etməklə onu yararsız hala salaraq 2 ədəd yaddaş kartını oğurlaıb. O, həmçinin bankomatdan oğurluğa cəhd edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Z.Zeynalov saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün Qazax RPŞ-yə təhvil verilib. Baş vermiş hadisə zamanı bankomatda saxlanılan pul əskinaslarına ziyan dəyməyib. Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.