Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda əməliyyat: 30 nəfər tutuldu

2018-04/1524723140_polis-emeliyyat.jpg

KRİMİNAL

3714

26.04.2018, 10:12

\"\" Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların da 22-i “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.