Qaynar xətt:

(+99450) 247 90 86

Mingəçevirdə FACİƏ: Gənc qız toyuna 15 gün qalmış...

2019-03/1552203598_737592.jpg

KRİMİNAL

1048

10.03.2019, 11:40

\"\"  Mingəçevirdə ailə qurmağa hazırlaşan gənc qızın başına faciə gəlib.
Oxu24.com Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb. O da məlum olub ki, Qarayeva nişanlı olub və onun toyu martın 24-nə təyin edilibmiş. Hazırda faktla bağlı araşdırma aparılır.