Özünü kommunal xidmət işçisi kimi təqdim edərək oğurluq edən şəxs saxlanılıb
27 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
417
16.04.2024, 10:59
Sumqayıt şəhər “Qurd dərəsi” yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, Məhəbbət Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Abşeron rayon komitəsinin sədri Vahid Əliyevin bacısı oğlu və xidməti avtomobilinin sürücüsüdür. O, dayısına məxsus evdə yerləşən divanın altına qoyulmuş çantadan 90 min manat pulu gizli talayaraq mərc oyunlarına qoyub və pulun böyük hissəsini uduzub.
Məhkəmə prosesində Vahid Əliyevin oğlu zərərçəkmiş şəxs qismində tanınıb. O, ifadəsində bildirib ki, 3 il əvvəl anasına böyrək köçürülməsi məqsədilə Sumqayıtdakı evini satıb və pulu atasına məxsus evə qoyub. Bundan sonrakı dövrdə yığdığı pulları da oraya gətirərək yerləşdirən zərərçəkmiş şəxs sonuncu dəfə orada 90 min manatın olduğunu deyib.
Pulların bibisi oğlu Məhəbbət tərəfindən oğurlanması məlum olduqdan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Geridə qalan müddətdə təqsirləndirilən şəxs dəymiş zərərdən yalnız 3 min manat ödədiyindən zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Məmmədova 7 il həbs cəzası verilib.
Fotoda Vahid Əliyev

12:56 / 27 Noyabr 2026
1
12:41 / 27 Noyabr 2026
65
12:37 / 27 Noyabr 2026
57
12:34 / 27 Noyabr 2026
169
12:32 / 27 Noyabr 2026
54
12:28 / 27 Noyabr 2026
65
12:09 / 27 Noyabr 2026
68
12:07 / 27 Noyabr 2026
81
12:03 / 27 Noyabr 2026
85
11:50 / 27 Noyabr 2026
107
11:45 / 27 Noyabr 2026
76
11:40 / 27 Noyabr 2026
199
11:35 / 27 Noyabr 2026
94
11:20 / 27 Noyabr 2026
101
11:19 / 27 Noyabr 2026
105
11:05 / 27 Noyabr 2026
274
11:03 / 27 Noyabr 2026
102
10:59 / 27 Noyabr 2026
105
10:50 / 27 Noyabr 2026
124
10:35 / 27 Noyabr 2026
128
10:26 / 27 Noyabr 2026
139
10:20 / 27 Noyabr 2026
116
10:10 / 27 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.