SON DƏQİQƏ: Neft BAHALAŞDI
28 Fevral 2026, 19:39
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
57
01.03.2026, 20:29
Yaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarlarında neftin qiyməti kəskin yüksəlib.
Oxu24.com xəbər verir ki, bazar günü birjadankənar əməliyyatlarda "Brent" markalı xam neftin qiyməti təxminən 10 faiz artaraq 1 barel üçün 80 dollara çatıb. Analitiklər isə qiymətlərin 100 dollar həddinə qədər yüksələ biləcəyini istisna etmirlər.
Qlobal etalon sayılan "Brent" nefti artıq cümə günü 73 dollara qədər bahalaşaraq ötən ilin iyul ayından bəri ən yüksək səviyyəyə yüksəlmişdi. Həftəsonu isə regionda baş verən hərbi hadisələr və mümkün eskalasiya riskləri bazarda əlavə təşviş yaradıb. Fyüçers ticarəti həftəsonu bağlı olduğundan real təsir bazar ertəsi açılışda daha aydın görünəcək.
ICIS şirkətinin enerji və emal üzrə direktoru Ajoy Parmarın sözlərinə görə, hərbi hücumlar qiymətlər üçün dəstək amilidir, lakin əsas risk Hörmüz boğazının bağlanması ehtimalıdır. Tehran tərəfindən gəmilərə xəbərdarlıq edildikdən sonra bir çox tanker operatorları, iri neft şirkətləri və treyderlər xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz daşımalarını dayandırıblar.
Həmçinin oxuyun
Qeyd edək ki, dünya üzrə neft tədarükünün 20 faizdən çoxu məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Bu marşrutun uzunmüddətli bağlanması qlobal enerji bazarında ciddi çatışmazlıq yarada bilər.
RBC bankının analitiki Helima Kroft və Barclays ekspertləri də neftin qiymətinin 100 dolları ötə biləcəyini bildiriblər. Analitiklərin fikrincə, əgər boğazda fasilə uzun çəkərsə, bazar ertəsi ticarətin açılışında qiymətlər 100 dollara yaxınlaşa və hətta bu həddi aşa bilər.
23:29 / 01 Mart 2026
22
23:18 / 01 Mart 2026
25
22:49 / 01 Mart 2026
46
22:20 / 01 Mart 2026
54
22:00 / 01 Mart 2026
40
21:35 / 01 Mart 2026
53
21:00 / 01 Mart 2026
57
20:39 / 01 Mart 2026
49
20:38 / 01 Mart 2026
1487
20:35 / 01 Mart 2026
102
20:16 / 01 Mart 2026
60
19:48 / 01 Mart 2026
68
19:27 / 01 Mart 2026
90
19:26 / 01 Mart 2026
85
19:26 / 01 Mart 2026
83
19:22 / 01 Mart 2026
584
19:08 / 01 Mart 2026
58
19:05 / 01 Mart 2026
1350
18:53 / 01 Mart 2026
87
18:49 / 01 Mart 2026
1853
18:45 / 01 Mart 2026
96
18:29 / 01 Mart 2026
99
18:13 / 01 Mart 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.