Qaynar xətt:

(+99450) 247 90 86

Çempionlar Liqasının püşkü atıldı: Real Bavariyaya rəqib oldu

İDMAN

1426

13.04.2018, 15:35

\"\" Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək. 
Oxu24.com xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 4 komanda iki cütlüyü formalaşdırıb. İştirakçılar \"səpələnmiş\" və \"səpələnməmişlər\" səbətlərinə bölünməyib, bütün komandalar bir-birinə rəqib olmaq imkanına sahib olub. Püşk son iki mövsümün qalibi \"Real\"ı \"Bavariya” ilə üz-üzə qoyub. \"Mançester Siti\"ni mübarizədən kənarlaşdıran \"Liverpul” isə \"Barselona\"nın qənimi \"Roma\" ilə qarşılaşacaq. Bu gün həmçinin Çempionlar Liqasının mayın 26-da Kiyevdəki \"Olimpiya\" stadionunda keçiriləcək final matçının nominal ev sahibi də müəyyənləşib. Püşk nəticəsində finalın nominal ev sahibi \"Bavariya\" - \"Real\" cütünün qalibi olub. Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.   Çempionlar Liqası Yarımfinal 24-25 aprel - 12-may Bavariya (Almaniya) - Real (İspaniya) Liverpul (İspaniya) - Roma (İtaliya)   Final 26 may   Bavariya//Real - Liverpul//Roma