Qaynar xətt:

(+99450) 247 90 86

Güləşçilərimiz dünya çempionatında finala yüksəlib

İDMAN

1625

08.04.2018, 22:37

\"\" ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları start götürüb.
“Oxu24.com” xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır. ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq. İlk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb. Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimiz final yolunda son görüşü Monqolustana qarşı keçirib. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib. Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.