Qaynar xətt:

(+99450) 247 90 86

Müştəriyə "şirniyyatsız çay verilmir"  deyən obyekt sahiblərinə XƏBƏRDARLIQ

news/2025_11_28/cay_s_1764341723.jpg

HÜQUQ

551

28.11.2025, 18:53

Bir çox restoran və kafelərdə "şirniyyatsız çay verilmir" ifadəsinə rast gəlinir.

Bu halla bir çoxlarınız qarşılaşıb.

Bəs,müştəriyə belə bir məcburiyyətin tətbiqi qanunidirmi?

Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas İlham Mehrəliyev bildirib ki,bu cür halllar qanun pozuntusu hesab olunur.

"İstehlakçıların Hüquqlarının Qorunması" haqqında qanun var.Qanunda qeyd olunur ki,istehlakçı seçimində sərbəstdir.Belə bir vəziyyətdə müştəri nəyisə almağa məcbur edilə bilməz.Qeyd etdiyiniz suala gəldikdə isə,bu kimi mərkəzlərdə müştəriyə menyu təqdim olunur.Müştəri menyudan istədiyini seçə bilər.Zorla müştəriyə nəyisə satmaq olmaz.Bunu edən şəxslər qanun pozuntuusna yol verir",-deyə hüquqşünas bildirib.

Hazırladı: Jalə