İşləyən şəxslərə vacib xəbər: bunu bilməyiniz vacibdir
19 May 2026, 15:52
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
738
28.11.2025, 12:36
Vərəsəlik hüququ kimlərə verilə bilər?
Oxu24.com xəbər verir ki,insan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları Qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəsinə keçir.
Lakin, təcrübə göstərir ki, miras məsələsi bir çox hallarda anlaşmazlıq və mübahisələrə səbəb olur.
Kim vərəsə sahibi sayılır? Pay necə bölüşdürülməlidir? Kim hansı əmlaka iddia edə bilər?
Oxu24.com xəbər verir ki,bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Şəms Mirzəyeva suallarımızı cavablandırıb.
Vəkilin sözlərinə görə,Mülki Qanunvericiliyə görə vərəsəlik hüququ 2 formada yaranır. Vəsiyyət və qanun üzrə.
"Əgər dünyasını dəyişmiş şəxs vəsiyyət etməyibsə miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə ölənin övladları, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə etmiş olurlar. Onlar mövcud olduqda digər qohumların mirasa çıxışı mümkünsüz olur. Birinci növbə olmadıqda, ikinci növbə qardaş, bacılar, nənə, babalar və onların övladları miras hüququ qazana bilərlər, Ümumiyyətlə, vərəsəlik hüququ,onun tətbiqi çətin və eyni zamanda mübahisəli sahədir. Vərəsəlik yalnız miras qalmış əmlakın kimə keçməsi ilə məhdudlaşmır. Vərəsələr ölüm faktını təsdiq edən sənədlərlə birlikdə notariusa müraciət etməlidirlər. Mirası qəbul etmiş şəxs dünyasını dəyişənin təkcə maddi nemətlərini deyil, həm də eyni zamanda onun borcları varsa, miras qəbul eləyən zaman borclarını da qəbul etmiş olur. Bu o deməkdir ki, yəni ölən şəxsin hər hansı digər şəxslərə borcları varsa və ölənin hər hansı əmlakı qalıbsa vərəsə mütənasib olaraq onun borclarını da qəbul etmiş olur.
Konstitusiya Məhkəməsinin vərəsəliyə dair son qərarından sonra əvvəlki 6 aylıq məhdudiyyət müddəti artıq tətbiq olunmur. Son dəyişikliyə əsasən vərəsəlik şəhadətnaməsi verilən zaman vərəsəlik üçün müraciət etməyən şəxslərin də hüquqları təmin ediləcək. Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməyən digər şəxslərin də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərilir”,-deyə vəkil Şəms Mirzəyeva bildirib.
Miri Məcidli
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.