Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
842
27.11.2025, 21:29
Bu dəfə təqdim etdiyimiz mövzu evlərə qoyulan həbslə bağlıdır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki,çıxarışı olmayan evlərə də həbs qoyula bilər.
Hüquqşünasın sözlərinə görə,çıxarışın mövcud olub-olmaması mülkiyyət üzərinə həbs qoyulmasına mane olmur. Burada əsas meyar mülkiyyət faktının mövcudluğudur (tikili, torpaq və ya faktiki istifadə edilən əmlak).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 159–163-cü maddələrinə görə, iddia təminatı kimi məhkəmə daşınmaz əmlakın satışını və ya istifadə edilməsini qadağan edə bilər;daşınmaz əmlak üzərinə həbs (qadağa) qoya bilər.
Bu zaman əmlakın mütləq çıxarışla rəsmiləşmiş olması tələb olunmur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınmasa belə, hüquqi münasibət mövcuddur, sadəcə qeydə alınmamış hesab edilir. Bu, məhkəmənin həmin əmlak barəsində təminat tədbiri görməsinə mane olmur.
Çıxarışsız ev hansı hallarda həbs edilə bilər?
Həbs (qadağa) aşağıdakı hallarda tətbiq oluna bilər:
Məhkəmə iddiası vardır:Borc, mübahisə, aliment, kredit və s.
Tikili faktiki olaraq mövcuddur:Tam tikilib, yaşayış var və ya istifadə olunur torpaq sənədi var, ev isə rəsmiləşməyib.Həmçinin torpaq çıxarışlıdırsa, üzərindəki evə də həbs qoyula bilər.
Nə vaxt həbs qoyula bilməz?
Aşağıdakı hallar çıxarışsız evə həbsin mümkünlüyünü məhdudlaşdıra bilər:
Tikili yoxdur, yalnız layihə var- Həbs mümkün deyil (əmlak faktiki mövcud deyil)
Sənəd yoxdur və fakt da sübut edilmir -Fakt olmadan hüquq da yoxdur
Torpaq dövlət mülkiyyətindədir, istifadəyə verilmir -Ev qeyri-qanuni hesab edilə bilər.
Çıxarışsız evə qoyulan həbsin nəticələri
Əmlak satıla, bağışlana, ipoteka edilə bilməz.
Bank krediti ilə rəsmiləşdirmə dayandırılır.
Bəzi hallarda evin sənədləşdirilməsi məhdudlaşdırıla bilər.
Həbs, çıxarışın alınmasına tam mane olmur, amma qeydiyyat orqanı (Əmlak Məsələləri Dövlət Xidməti) çıxarış verməzdən əvvəl həbsin götürülməsini tələb edə bilər. Çıxarışsız evə həbs qoyula bilər, çünki qanunda əsas şərt mülkiyyət faktının olmasıdır, çıxarışın olması yox. Həbs həm məhkəmə iddiası ilə, həm də icra məmurunun qərarı ilə qoyula bilər.
Hazırladı: Miri Məcidli
21:07 / 15 Noyabr 2026
282
20:58 / 15 Noyabr 2026
237
20:55 / 15 Noyabr 2026
83
20:44 / 15 Noyabr 2026
162
20:39 / 15 Noyabr 2026
85
20:30 / 15 Noyabr 2026
104
20:09 / 15 Noyabr 2026
309
19:51 / 15 Noyabr 2026
340
19:37 / 15 Noyabr 2026
113
19:17 / 15 Noyabr 2026
123
19:09 / 15 Noyabr 2026
114
18:40 / 15 Noyabr 2026
131
18:05 / 15 Noyabr 2026
144
17:53 / 15 Noyabr 2026
1913
17:43 / 15 Noyabr 2026
771
17:16 / 15 Noyabr 2026
653
17:12 / 15 Noyabr 2026
3719
17:09 / 15 Noyabr 2026
122
15:50 / 15 Noyabr 2026
133
15:25 / 15 Noyabr 2026
170
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
424
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.