Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
629
26.11.2025, 17:50
Balıqları qanunsuz ovlama məsuliyyətə səbəb ola bilər.
Bununla bağlı Cinayət Məcəlləsində maddə mövcuddur.
Oxu24.com xəbər verir ki,Cinayət Məcəlləsinin 256-cı maddəsində balıq və digər su bioresurslarını qanunsuz tutmaya görə məsuliyyət açıqlanıb.
Maddəyə görə,balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Eyni əməllər:
külli miqdarda ziyan vurulmaqla törədildikdə;
özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə;
qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə—altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür
Hazırladı: Miri Məcidli
22:05 / 15 Noyabr 2026
1
21:57 / 15 Noyabr 2026
47
21:37 / 15 Noyabr 2026
473
21:07 / 15 Noyabr 2026
625
20:58 / 15 Noyabr 2026
374
20:55 / 15 Noyabr 2026
106
20:44 / 15 Noyabr 2026
237
20:39 / 15 Noyabr 2026
100
20:30 / 15 Noyabr 2026
125
20:09 / 15 Noyabr 2026
356
19:51 / 15 Noyabr 2026
389
19:37 / 15 Noyabr 2026
126
19:17 / 15 Noyabr 2026
136
19:09 / 15 Noyabr 2026
125
18:40 / 15 Noyabr 2026
141
18:05 / 15 Noyabr 2026
152
17:53 / 15 Noyabr 2026
1987
17:43 / 15 Noyabr 2026
787
17:16 / 15 Noyabr 2026
686
17:12 / 15 Noyabr 2026
4035
17:09 / 15 Noyabr 2026
128
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.