Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə naziri hərbi hissələrin döyüş hazırlığını yoxladı

2018-09/1537368046_zak5.jpg

HƏRBİ

1198

19.09.2018, 18:41

\"\" Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib. Təlimlər davam edir.\"\" \"\" \"\" \"\" \"\"