Qaynar xətt:

(+99450) 247 90 86

Üç il əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün əməliyyata başlayıb 

Üç il əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün əməliyyata başlayıb 

HƏRBİ

366

19.09.2026, 14:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Düz 3 il bundan əvvəl bu dəqiqələrdə Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün lokal antiterror əməliyyatına başlayıb.

Oxu24.com  xatırladır ki, Müdafiə Nazirliyi sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu, nəticədə Azərbaycan Ordusunun 2 hərbi qulluqçunun yaralandığı bildirib.

Azərbaycan ordusu saat 13:10-da lokal antiterror əməliyyatına başladı və 13:22-də artıq bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat verdi.

Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatı qısa müddət ərzində, cəmi 23 saat 50 dəqiqəyə, yəni 20 sentyabr saat 13:00-da bitdi, yəni bir sutkadan az davam etdi.

Bu əməliyyata Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin bir qismi, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bəzi qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu.

Düşmənin uzun müddət ərzində qurduğu və möhkəmləndirdiyi mövqeləri əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi.

Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının effektiv tətbiqi və səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı.

Ordunun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi. Yaşayış məntəqələri və orada yaşayan əhali zərər çəkməsin deyə əməliyyatda iştirak edən bölmələrin arxasınca hərəkət edən Daxili Qoşunların qüvvələri ilə mülki əhali silahlı toqquşmadan təcrid edildi. Mülki infrastruktura və əhaliyə, yaşayış məntəqələrinə zərbələr endirilmədi.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

108

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

623

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

133

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

131

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

118

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

123

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

118

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

134

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

143

0
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

12:05 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

282

0
Prezident İlham Əliyev xalqa müraciət edib 

11:59 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev xalqa müraciət edib 

776

0
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR 

11:52 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR 

212

0