Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
25 Noyabr 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
406
11.06.2024, 16:18
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksək çinli zabitləri ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Oxu24.com xəbər verir ki, müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.
Yüksək səviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər.
Tədbirin sonunda general-polkovnik Zakir Həsənov “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçıları ilə görüşüb.
Müdafiə naziri peşəkar ordunun formalaşmasında Xüsusi Təyinatlı Qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin
olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
14:21 / 25 Noyabr 2026
1
14:03 / 25 Noyabr 2026
58
14:02 / 25 Noyabr 2026
81
14:00 / 25 Noyabr 2026
83
13:56 / 25 Noyabr 2026
75
13:47 / 25 Noyabr 2026
80
13:45 / 25 Noyabr 2026
92
13:27 / 25 Noyabr 2026
489
13:15 / 25 Noyabr 2026
109
13:11 / 25 Noyabr 2026
607
13:10 / 25 Noyabr 2026
123
12:58 / 25 Noyabr 2026
110
12:57 / 25 Noyabr 2026
89
12:55 / 25 Noyabr 2026
109
12:52 / 25 Noyabr 2026
107
12:45 / 25 Noyabr 2026
106
12:37 / 25 Noyabr 2026
114
12:27 / 25 Noyabr 2026
121
12:21 / 25 Noyabr 2026
148
12:18 / 25 Noyabr 2026
114
12:14 / 25 Noyabr 2026
139
12:05 / 25 Noyabr 2026
138
11:58 / 25 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.