Qaynar xətt:

(+99450) 247 90 86

BMT Rusiyaya yox dedi

2018-04/1523739993_rusiya-abs.jpg

DÜNYA

1790

15.04.2018, 01:06

\"\" BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib.
Oxu24.com  RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiyanın Suriyaya qarşı aqressiv münasibətə son qoyulması ilə bağlı qətnamə səs çoxluğu qazanmayıb. Sənəd üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın, Britaniyanın və Fransanın Suriyaya zərbələrindən sonra Rusiyanın çağırışı ilə baş tutan təcili iclasda keçirilib. Sənədin lehinə Rusiya, Çin və Boliviya səs verib. Lakin 8 ölkə qətnamənin əleyhinə çıxıb. Daha 4 ölkənin nümayəndəsi səsvermələrdə bitərəf qalıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenza layihəsində koalisiyanın hərəkətlərini pisləyib: “ABŞ və onun müttəfiqləri Suriya əleyhinə təcavükar münasibətə dərhal son qoymalıdır. Siz BMT nimzamnaməsini və beynəlxalq hüququ pozaraq hər kəsi haqlı olduğunuza inandırırsınız”.