Qaynar xətt:

(+99450) 247 90 86

Son Dəqiqə: Dənizdən dəhşətli xəbər gəldi - 126 ölü var

2018-09/1537627915_olu.jpg

DÜNYA

1311

22.09.2018, 18:52

\"\" Tanzaniyada sərnişin bərəsinin Viktoriya gölündə batması nəticəsində azı 126 nəfər həlak olub.
Bu barədə Tanzaniyanın nəqliyyat naziri İsaak Kamvelv məlumat yayıb. Məlumatda qeyd olunur ki, təcili xidmətlərin əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirirlər. Qəza zamanı bərənin göyərtəsində olan sərnişinlərin dəqiq sayını indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, faciə qurbanlarının sayı 200-ü ötə bilər. Belə bərələr adətən yüzlərlə insan daşıyır və çox vaxt həddən artıq yüklənir. Xilasetmə əməliyyatlarının iki günü ərzində batmış gəmidən 37 nəfər xilas edilib. Yerli hakimiyyət orqanları ölənlər arasında xarici ölkə vətəndaşlarının olmadığını bildirirlər. Xatırladaq ki, bərə sentyabrın 20-də Yukora adasından 50 metr məsafədə qəzaya uğrayaraq batıb.