Burada dini amilləri əsas götürmürük - Ərdoğan
13 Oktyabr 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
903
03.08.2026, 10:01
Nüfuzlu “Sustainable Development” jurnalında dərc olunan yeni araşdırma beynəlxalq aləmdə geniş əks-səda doğurub. Tədqiqatda planetin təbii resurslarına düşən yükün azaldılması və ekoloji tarazlığın qorunması məqsədilə 2200-cü ilədək dünya əhalisinin mərhələli şəkildə təxminən 4 milyarda endirilməsi təklif olunur. Hər 12-13 ildən bir yer kürəsinin əhalisinin bir milyard nəfər artması bərpa olunmayan təbii resursların sürətlə tükənməsinə gətirib çıxarır. Tullantıların tərkibindəki karbon və metan emissiyaları istixana effekti yaradaraq qlobal iqlim dəyişikliyini kəskinləşdirir. Ekspertlərin fikrincə, təbii sərvətlər təkrar emal olunmazsa, yaxın yüz ildə neft və qaz kimi yeraltı ehtiyatların tükənməsi qaçılmaz olacaq. Bu mənzərə fonunda əsas müzakirə mövzusu ətraf mühitə ən böyük zərəri əhali sayının, yoxsa sənayeləşmə və izafi istehlak vərdişlərinin vurması ilə bağlıdır. Məhz bu səbəbdən XXI əsr artıq təkrar emal və resurslardan səmərəli qənaət əsri kimi səciyyələndirilir. Planetin ekoloji gələcəyi və sözügedən tədqiqatın nəticələri ilə bağlı Oxu24.com məsələni ekspert rəyi ilə işıqlandırır.
Mövzunu Oxu24.com-a şərh edən ekoloq İlqar Xəlilov bildirib ki, əhali ətraf mühitə və təbii resurslara ən çox təsir edən əsas qüvvədir:
“Əhalinin sayı artdıqca təbiətə, onun resurslarına təsir də artır. Daha çox müxtəlif təbii resurslar çıxarılır, emal edilir ki, nəticədə yaranan milyardlarla ton tullantılar ətraf ekosistemlərin dayanıqlığını azaldır. Tullantıların tərkibində olan karbon və metan emissiyası istixana effekti yaradır ki, bu da qlobal iqlim dəyişikliyinə gətirib çıxarır.
Hazırda dünyada 8,2 milyard nəfərdən artıq əhali yaşayır. İllik təbii artım 90 milyon civarındadır. Hər 12-13 ildən bir dünya əhalisinin sayı bir milyard nəfər artır. Təbii resurslar isə məhduddur. Onların ehtiyatları belə sürətlə istehlak edilərsə, yaxın yüz ildə bəzi yeraltı ehtiyatların (neft, qaz və s.) tükənməsi proqnozlaşdırılır. Bunu nəzərə alaraq XXI əsri təkrar emal əsri elan ediblər”.
Onun sözlərinə görə, əgər təbii sərvətlər təkrar emal edilməsə, onların əvəzedicisi tapılmasa, bərpa olunan ehtiyatlardan geniş istifadə edilməsə, tükənmə təhlükəsi qaçılmaz olacaqdır ki, bu da bəşər cəmiyyətinin istehlak etdiyi təbii sərvətlərdən məhrum olması deməkdir.
Ekoloq həmçinin vurğulayıb ki, əhali artımının tənzimlənməsi fəlakətlərlə yox, humanist və sivil yollarla həyata keçirilməlidir:
“Hazırda dünyada əhali artımı 1960-cı illərlə müqayisədə getdikcə azalır. Ən yüksək əhali artımı Asiya və Afrika regionlarındadır. Bu bölgələrdə yaxın illərdə su ehtiyatlarının çatışmazlığı və torpaq ehtiyatlarının deqradasiyaya uğraması nəticəsində əhalinin aclıq və susuzluğa məruz qalması böyük fəlakətlərə səbəb ola bilər”.
İ.Xəlilov əlavə edib ki, əhalinin sayının 4 milyard nəfərə qədər azaldılması sahəsindəki hədəflərə müharibə, aclıq və ya pandemiyalar yolu ilə yox, əhalinin maarifləndirilməsi, təhsil və səhiyyənin inkişafı, işlə təminatın yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi kimi yollarla nail olmaq mümkündür. Dünyada əhali sayı dörd milyard nəfərə enərsə, onda həm təbii resurslardan səmərəli və uzunmüddətli istifadə edilməsi mümkün olacaq, həm də dayanıqlı inkişaf tam təmin olunacaqdır.
Çimnaz Telmanqızı
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.