Çində yanğın nəticəsində 14 nəfər ölüb
09 Noyabr 2026, 08:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
311
02.08.2026, 13:23
ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub.
İsrailin N12 telekanalı xəbər verir ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub.
Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.
Təklifə əsasən, Hörmüz boğazı vasitəsilə körfəzə daxil olan gəmilər İranın dəniz məkanından, körfəzdən çıxan gəmilər isə Omanın dəniz məkanından hərəkət edəcəklər.
Məlumata görə, Oman da bu təklifə razılıq verib. Bununla yanaşı, Maskat Tehrandan Abbas Əraqçinin razılığının İran İnqilab Keşikçiləri Korpusunun da mövqeyini əks etdirib-etdirmədiyinə dair aydınlıq gətirilməsini istəyib.
Bundan əlavə, iki yüksək vəzifəli ABŞ rəsmisi və danışıqların təfərrüatına bələd olan digər mənbənin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman şənbə günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq onun İrana qarşı genişmiqyaslı hücum planından narahatlığını ifadə edib.
Həmçinin gecə saatlarında Qətər və Pakistan da daxil olmaqla vasitəçi ölkələrin rəsmilərinin münaqişənin yenidən genişlənməsinin qarşısını almaq üçün fəal diplomatik səylər göstərdiyi barədə məlumat yayılıb. Bildirilib ki, onlar İran və ABŞ rəsmiləri, o cümlədən Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparıblar.
11:43 / 09 Noyabr 2026
40
11:37 / 09 Noyabr 2026
112
11:34 / 09 Noyabr 2026
50
11:30 / 09 Noyabr 2026
52
11:22 / 09 Noyabr 2026
65
11:09 / 09 Noyabr 2026
160
11:05 / 09 Noyabr 2026
93
10:55 / 09 Noyabr 2026
139
10:51 / 09 Noyabr 2026
254
10:44 / 09 Noyabr 2026
136
10:38 / 09 Noyabr 2026
183
10:30 / 09 Noyabr 2026
112
10:27 / 09 Noyabr 2026
96
10:10 / 09 Noyabr 2026
165
10:09 / 09 Noyabr 2026
186
10:00 / 09 Noyabr 2026
215
09:36 / 09 Noyabr 2026
1256
09:26 / 09 Noyabr 2026
107
09:19 / 09 Noyabr 2026
141
08:46 / 09 Noyabr 2026
113
08:42 / 09 Noyabr 2026
848
08:25 / 09 Noyabr 2026
144
04:25 / 09 Noyabr 2026
809
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.