Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
09 Noyabr 2026, 11:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
461
01.08.2026, 19:04
Avqustun 12-də dünyada milyonlarla insan nadir astronomik hadisələrdən biri olan tam Günəş tutulmasını izləmək imkanı əldə edəcək. Belə tutulmalar Yer kürəsində orta hesabla hər 18 aydan bir baş versə də, onların tam fazası hər hansı konkret ərazidən çox nadir hallarda müşahidə olunur. Eyni məkandan tam Günəş tutulmasını yenidən izləmək üçün bəzən yüz illərlə gözləmək lazım gəlir.
Bəs Dünya həqiqətən bir neçə dəqiqəlik qaranlığa qərq olacaqmı? Avqustun 12-də hansı astronomik hadisələr gözlənilir?
Oxu24.com bildirir ki, Globalinfo.az-a danışan filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy deyib ki, əslində bu, nadir hadisə deyil və ildə iki dəfə baş verir:
“Hər il həm Ay tutulması, həm də Günəş tutulması olur. Günəş tutulmasının da növləri var. Məsələn, tam tutulma və qismən tutulma olur. Tam tutulma da ayrıca bir hadisədir və bununla bağlı müəyyən rituallar var. İnsanlar o ritualları etsələr, əziyyət çəkməzlər. Çünki Günəşin şüaları, Günəşin enerjisi Yer kürəsinə az düşəndə şər qüvvələr aktivləşir. Həmin vaxt iblisə xidmət edənlər də öz rituallarını həyata keçirirlər”.
F.Qurbansoy qorunma yollarını açıqlayıb:
“Ən azı iki rükət namaz qılmaq lazımdır. Sonra dəstəmaz alıb dua etsinlər, suyun üzərinə bildikləri surələri oxusunlar və onu asta-asta içsinlər. Bunlar insanın mənəvi baxımdan qorunmasına kömək edir”.
Firudin Qurbansoyun sözlərinə görə, dünya qaranlığa qərq olmayacaq:
“Bəli, qaranlıq olması mümkündür. Amma bu, bütün dünyada baş vermir. Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçməsi nəticəsində baş verir. Ay Günəşlə Yer arasında olanda Günəş şüaları müəyyən ərazilərə düşmür və həmin məntəqələr qısa müddətə qaranlıq olur. Sonra Ay hərəkət etdikcə kölgə başqa ərazilərə keçir və qaranlıq da həmin yerlərdə müşahidə olunur”.
12:03 / 09 Noyabr 2026
49
11:56 / 09 Noyabr 2026
37
11:56 / 09 Noyabr 2026
50
11:43 / 09 Noyabr 2026
56
11:37 / 09 Noyabr 2026
138
11:34 / 09 Noyabr 2026
60
11:30 / 09 Noyabr 2026
55
11:22 / 09 Noyabr 2026
73
11:09 / 09 Noyabr 2026
179
11:05 / 09 Noyabr 2026
109
10:55 / 09 Noyabr 2026
160
10:51 / 09 Noyabr 2026
304
10:44 / 09 Noyabr 2026
147
10:38 / 09 Noyabr 2026
200
10:30 / 09 Noyabr 2026
118
10:27 / 09 Noyabr 2026
103
10:10 / 09 Noyabr 2026
176
10:09 / 09 Noyabr 2026
196
10:00 / 09 Noyabr 2026
229
09:36 / 09 Noyabr 2026
1308
09:26 / 09 Noyabr 2026
111
09:19 / 09 Noyabr 2026
149
08:46 / 09 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.