Qaynar xətt:

(+99450) 247 90 86

Xameneinin qardaşı oğlundan ŞOK AÇIQLAMA: “Əksər iranlılar kimi mən də sevinirəm” 

Xameneinin qardaşı oğlundan ŞOK AÇIQLAMA: “Əksər iranlılar kimi mən də sevinirəm” 

DÜNYA

109

01.03.2026, 22:49

Öldürüldüyü bildirilən İranın ali lideri Əli Xameneinin bacılarından birinin oğlu Mahmud Moradxani onun ölümünü “irəliyə doğru addım” adlandırıb.

Oxu24.com  xəbər verir ki, Fransada yaşayan və İran hakimiyyətinə qarşı çıxış edən Mahmud Moradxani AFP agentliyinə müsahibəsində “Əksər iranlılar kimi mən də sevinirəm” deyə bildirib. Onun sözlərinə görə, ayətullahın ölümü İran üçün “irəliyə doğru addım” və “ümid” deməkdir.

Qeyd olunur ki, Mahmud Moradxaninin bacısı Fəridə Moradxani iranlı hüquq müdafiəçisidir və o, beynəlxalq ictimaiyyəti İran rejimi ilə əlaqələri kəsməyə çağırmışdı.KONKRET.az