Kremldən İrəvana 29 may xəbərdarlığı
20 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3031
28.11.2025, 21:29
Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul boğazının girişinə yaxın bir mövqedə, Qara dəniz sularında səfərdə olan “KAIROS” adlı xam neft tankerində güclü partlayış olub.
Partlayışdan sonra sözügedən tankerdə yanğın başlayıb. Hazırda tankerdəki 25 nəfərlik heyətin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin Kocaeli vilayəti yaxınlığında baş verdiyi bildirilir. Kocaeli valiliyi hadisə yerinə aidiyyəti qurumların əməkdaşlarının cəlb edildiyini və lazımi müdaxilələrin davam etdiyini açıqlayıb.
“Yanğının səbəbi ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Lakin 25 nəfərlik heyətin hamısı sahil mühafizə və dəniz təhlükəsizliyi briqadaları tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Əldə etdiyimiz ilkin məlumatlara görə, heyətin vəziyyəti yaxşıdır və hər hansı xəsarət faktı qeydə alınmayıb”, - Kocaeli valisi İlhami Aktaş bildirib. O həmçinin yanğının davam etdiyini deyib.
Türkiyə Dənizçilik İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada, Rusiyanın Novorossiysk limanına gedən boş KAIROS tankerinin Türkiyə sahillərindən 28 mil aralıda xarici faktor səbəbindən alovlandığı, gəmidə olan 25 nəfərlik heyət üzvünün hamısı gəmidən təxliyə edildiyi və vəziyyətinin yaxşı olduğu bildirilib.
“Dənizçilərin təxliyəsi üçün bölgəyə xilasedicilər göndərilib, proses nəzarət altında saxlanılır”, - deyə açıqlamada qeyd olunub.
“Reuters“ agentliyi isə gəminin batma təhlükəsinin olduğu haqda məlumat yayıb.
Bosfor boğazı yaxınlığında üzən "Kairos" tankerinin minaya toxunaraq partladığı ehtimal olunur.
Bu barədə "Habertürk" məlumat yayıb.
APA
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.