Kann kinofestivalının qalibləri bəlli oldu - Siyahı
24 May 2026, 18:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
501
23.10.2025, 22:57
ABŞ prezidenti Donald Tramp “Time” nəşrinə müsahibəsində Qəzza zolağına gözlənilən səfərini açıqlayıb və İsrailə ultimatum verib.
Oxu24.com xəbər verir ki, Amerika lideri nəşrə müsahibəsində İsrailə İordan çayının qərb sahilinin mümkün ilhaqının nəticələri barədə xəbərdarlıq edib. Tramp vurğulayıb ki, bu baş verərsə, İsrail ABŞ-ın dəstəyini itirəcək.
"Bu, baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Və indi bunu etmək olmaz", - ABŞ lideri bildirib.
Tramp həmçinin qeyd edib ki, Yaxın Şərq heç vaxt bu qədər birləşməyib. Onun sözlərinə görə, “yalnız HƏMAS marjinal qrup olaraq qalır”.
Qəzza zolağında atəşkəs oktyabrın 9-da qüvvəyə minib. Trampın vasitəçiliyi ilə imzalanan razılaşmaların birinci mərhələsi çərçivəsində hər iki tərəfdən bütün girovlar azad ediləcək, İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.
Trampın sözlərinə görə, sülh sazişi həyata keçirildikdən sonra Qəzza zolağı mərhələli şəkildə yenidən strukturlaşdırılacaq.
Tramp bundan əvvəl İsrail üçün “böyük vaxt” vəd etmişdi.
Miri
22:43 / 24 May 2026
19
22:18 / 24 May 2026
72
22:04 / 24 May 2026
231
21:40 / 24 May 2026
146
21:39 / 24 May 2026
504
21:30 / 24 May 2026
139
20:41 / 24 May 2026
98
20:19 / 24 May 2026
94
20:11 / 24 May 2026
78
19:39 / 24 May 2026
168
19:09 / 24 May 2026
354
18:55 / 24 May 2026
176
18:37 / 24 May 2026
360
18:29 / 24 May 2026
122
18:03 / 24 May 2026
132
18:02 / 24 May 2026
579
17:50 / 24 May 2026
812
17:19 / 24 May 2026
143
17:17 / 24 May 2026
115
17:09 / 24 May 2026
142
16:49 / 24 May 2026
112
16:40 / 24 May 2026
527
16:00 / 24 May 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.