Qaynar xətt:

(+99450) 247 90 86

İsrail raket buraxdı, iranlı əsgərlər həlak oldu

2019-03/1553774413_248112.jpg

DÜNYA

1132

28.03.2019, 16:00

\"\"  Londonda mərkəzləşən “Suriya insan haqları müşahidə qrupu” (SOHR) Hələb rayonunun Şeyx-Nəcar sənaye zonasındakı İran hərbi anbarlarına endirilən aviazərbələrin fəsadları barədə dəqiqləşdirilmiş məlumat dərc edib.
Bu barədə 9tv.co.il məlumat yayıb. SOHR-un məlumatına görə, İsrail hava qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində azı 11  iranlı hərbçi, o cümlədən, iranpərəst suriyalı döyüşçülər həlak olub. İtki sayının artacağı istisna edilmir, belə ki, aviazərbələr nəticəsində çox sayda döyüşçünün ağır yaralandığı bildirilir. İrana aid silah-sursat anbarları ilə yanaşı, İran silahlı qüvvələrininin Hələb yaxınlığındakı qərargahının hava hücumuna məruz qaldığı bildirilir.