Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov Cənubi Afrika Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb

Lavrov Cənubi Afrika Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb

DÜNYA

322

10.06.2024, 20:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor BRİKS Xarici İşlər Nazirləri Şurasının (CMFA) iclası çərçivəsində Qlobal Cənubun Ukraynadakı münaqişənin həllinə töhfəsini müzakirə ediblər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

 

"Ukrayna ətrafındakı böhranın mənşəyi və səbəbləri ilə bağlı ümumi anlayışı nəzərə alaraq, Cənubi Afrikanın və Qlobal Cənubun bir sıra digər nümayəndələrinin münaqişənin sülh yolu ilə həlli yollarının axtarışına töhfə verməsi üçün gələcək imkanlar müzakirə edilib",- deyə  məlumatda  bildirilir.

 

Bundan əlavə, xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə edərək, onun gərginləşməsindən narahat olduqlarını bildiriblər.

 

Görüş zamanı onlar həmçinin “Rusiya-Cənubi Afrika strateji tərəfdaşlığının aktual məsələlərini araşdırıblar” və beynəlxalq təşkilatlar çərçivəsində “siyasi dialoqun dərinləşdirilməsinə və fəaliyyətlərin səmərəli əlaqələndirilməsinə diqqətin yönəldilməsinə” marağı təsdiq ediblər.

 

Nigar