Gürcüstanda saxlanılan "Beşiktaş"ın 16 azarkeşi sərbəst buraxılıb
27 Noyabr 2026, 13:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
329
11.04.2024, 14:15
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiyanın iri İT şirkətinin məlumat bazasını oğurlayaraq internetdə satmağa cəhd edən 3 hakeri saxlayıblar.
Oxu24.com xəbər verir ki, cinayətkarlar xidmət işçilərinin şəxsi məlumatlarını ehtiva edən 600 mindən çox qeydi qanunsuz olaraq köçürüblər.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib: “Hücum edənlər Rusiyanın ən böyük İT şirkətlərindən birinin kommersiya sirri olan qanunla qorunan məlumatları qanunsuz surətdə köçürüb və yayıblar”.
Müstəntiqlərin müəyyən etdiyi kimi, 2023-cü il noyabrın 14-dən gec olmayaraq, Rostov vilayətində yerləşən cinayətkarlar sui-qəsd qurub, rolları öz aralarında bölüşdürüblər.
Onlar varlanmaq üçün qanunsuz olaraq Moskvada yerləşən ən böyük təşkilatın məlumat bazasını əldə edib və darknetdə onun satışı ilə bağlı elan yerləşdiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 25-36 yaşlarında olan üç kişini saxlayıblar. Onlara qarşı ittiham irəli sürülüb.
İstintaq çərçivəsində Moskva, Rostov vilayəti və Krasnodar vilayətində axtarışlar aparılıb. Saxlanılan şəxslərin cinayətdə iştirakını göstərən elektron daşıyıcı ələ keçirilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 183-cü maddəsinin 3-cü hissəsi “Kommersiya sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi və açıqlanması” və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsinin 1-ci hissəsi ilə “Qanunsuz giriş-çıxış” ilə cinayət işi başlanıb.
Nigar
15:03 / 27 Noyabr 2026
1
14:43 / 27 Noyabr 2026
58
14:28 / 27 Noyabr 2026
74
14:20 / 27 Noyabr 2026
88
14:02 / 27 Noyabr 2026
533
13:57 / 27 Noyabr 2026
101
13:56 / 27 Noyabr 2026
93
13:41 / 27 Noyabr 2026
134
13:22 / 27 Noyabr 2026
1510
12:56 / 27 Noyabr 2026
120
12:41 / 27 Noyabr 2026
145
12:37 / 27 Noyabr 2026
119
12:34 / 27 Noyabr 2026
507
12:32 / 27 Noyabr 2026
115
12:28 / 27 Noyabr 2026
122
12:09 / 27 Noyabr 2026
114
12:07 / 27 Noyabr 2026
128
12:03 / 27 Noyabr 2026
137
11:50 / 27 Noyabr 2026
158
11:45 / 27 Noyabr 2026
136
11:40 / 27 Noyabr 2026
314
11:35 / 27 Noyabr 2026
136
11:20 / 27 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.