4,2 milyonluq sifariş alan şirkət "qara siyahı"ya salındı
02 Fevral 2026, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1005
22.01.2020, 21:31
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyada keçirilən ekstrasenslər yarışmasının əslində böyük bir yalan üzərində qurulduğunu və ömrü boyunca ekstrasens görmədiyini etiraf edib.
Rusiyanın "Rossiya 1” telekanalında efirə gedən verilişdə o, əldə etdiyi uğurun əslində bir qurma şoudan ibarət olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, sözügedən proqramda jurnalist məşhur azərbaycanlı ekstrasensə sənəti və "Ekstrasenslərin döyüşü?” adlı tolk-şousunda necə finala çıxdığı barədə suallar verir. Gizli çəkiliş zamanı Z.Rzayev yarışmada pul qarşılığında efirdən əvvəl məlumatların ona ötürüldüyünü bildirib. Ekstrasenslərə inanmadığını və onları fırıldaqçı adlandıran Zirəddin, özünün də məhz yalan və saxtakarlıq yolu ilə finala yüksəldiyini etiraf edib.
Sözügedən dialoqu təqdim edirik:
R.Zirəddin: Əslində mən həyatım boyunca əsl ektrasens görməmişəm.
Jurnalist: Bəs siz necə?
R.Zirəddin: Bəli, mənim fövqəltəbii bəzii güclərim var, nəsə göstərə bilərəm. Amma yerdə qalan ekstrasenslər mənim üçün yoxdur.
Jurnalist: Gözləyin, bəs "Ekstrasenslərin döyüşü” proqramı? Orada ekstrasens ümumiyyətlə yoxdur?
R.Zirəddin: İndi mən hər şeyi danışacağam. Yaxşı psixoloqlar var və bir də bəzi xəstələr. Onların efirə qədər heç bir qabiliyyəti və işi olmur. Birdən ortaya çıxıb, ekstrasens olurlar. Mən həmişə demişəm ki, onlar ümumiyyətlə fırıldaqçıdırlar.
Həmçinin oxuyun
Jurnalist: Siz yarışmada böyük finala özünüz çıxdınız ya necə?
R.Zirəddin: Yox, mən bunu gizlətməyəcəyəm. Mənim Çapayev haqqında dediklərimi yəqin ki, xatırlayırsınız. Mənim yanıma bir qız gəldi. O, köynəyimi düzəldirmiş kimi elədi və mənə məlumatı pıçıldadı: "Bir kişi var, o uzun illər əvvəl yaşayıb”. Onlar məlumatı yarışmacılara ötürürlər. Bu, 100% belədir.
Jurnalist: İnformasiyanı pul qarşılığında ötürürlər?
R.Zirəddin: Əlbəttə ki. Bu yaxınlarda, biz "İstintaqı ekstrasenslər aparır” verilişində olduq. Efirdən əvvəl bizə məlumat ötürdülər ki, həmin şəxsin tək qızı olub və onu öldürüblər. Mən bütün sirləri sizə açdım. (Gülür)
Xatırladaq ki, Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan” "Youtube” kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia etmişdi.
Bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə, "Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb”, deyə onun iddiasına cavab vermişdi.
11:59 / 02 Fevral 2026
6
11:54 / 02 Fevral 2026
21
11:44 / 02 Fevral 2026
27
11:42 / 02 Fevral 2026
157
11:37 / 02 Fevral 2026
29
11:33 / 02 Fevral 2026
28
11:29 / 02 Fevral 2026
35
11:22 / 02 Fevral 2026
41
11:17 / 02 Fevral 2026
48
11:11 / 02 Fevral 2026
53
11:05 / 02 Fevral 2026
44
10:57 / 02 Fevral 2026
53
10:56 / 02 Fevral 2026
55
10:52 / 02 Fevral 2026
55
10:46 / 02 Fevral 2026
72
10:36 / 02 Fevral 2026
35
10:28 / 02 Fevral 2026
134
10:22 / 02 Fevral 2026
75
10:16 / 02 Fevral 2026
59
10:08 / 02 Fevral 2026
122
10:03 / 02 Fevral 2026
200
09:57 / 02 Fevral 2026
46
09:52 / 02 Fevral 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.