Qaynar xətt:

(+99450) 247 90 86

 Mikayıl Cabbarova yeni  müşavir TƏYİN EDİLDİ

 Mikayıl Cabbarova yeni  müşavir TƏYİN EDİLDİ

CƏMİYYƏT

385

30.10.2026, 11:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub.

Oxu24.com-un APA-ya istinadən məlumatına görə, Vüqar Əhmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

Qeyd edək ki, Vüqar Əhmədov bu il avqustun 28-də öz ərizəsi ilə Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb.

Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda çalışıb. Müxtəlif illərdə qurumun Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub, 2013–2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru olub. O, 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.