Hikmət Hacıyev "Counterpoint" sənədli filmi barədə paylaşım etdi
18 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
363
04.08.2026, 16:22
Bakının daşınmaz əmlak bazarında son dövrdə qiymətlərin kəskin şəkildə yüksəlməsi müşahidə edilir. Mənzil sektorundakı bu artım həm mənzil almaq istəyən vətəndaşların, həm də sahibkarların diqqət mərkəzindədir. Tikinti materiallarının bahalaşması, torpaq sahələrinin məhdudlaşması və işçi qüvvəsinin xərclərinin artması mənzillərin maya dəyərini birbaşa yuxarı qaldırır. Digər tərəfdən, ipoteka imkanlarının genişlənməsi bazarda tələbi artıraraq qiymətlərin daha da yüksəlməsinə zəmin yaradır. Bakının Baş Planına uyğun olaraq həyata keçirilən söküntü və yenidənqurma layihələri də təklif portfelinə və qiymət siyasətinə ciddi təsir göstərir. Bütün bu faktorlar fonunda daşınmaz əmlak Azərbaycan bazarında ən cəlbedici investisiya aləti kimi öz mövqeyini qoruyub saxlayır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc qiymət artımını şərtləndirən əsas amilləri diqqətə çatdırıb.
"Daşınmaz əmlak ən prioritet investisiya alətidir"
Vüqar Orucun sözlərinə görə, qiymət artımına təsir edən birincili səbəb daşınmaz əmlakın yüksək investisiya cəlbediciliyidir:
"Hazırda alternativ investisiya alətlərinin cəlbediciliyi o qədər də yüksək olmadığı üçün daşınmaz əmlak sektoru ön plana çıxır və prioritet təşkil edir. Həm sadə vətəndaşlarımız, həm də sahibkarlarımız sərbəst kapitallarını məhz daşınmaz əmlaka yönəldirlər. Bu da sektora olan marağı və tələbatı kəskin artırır. Bütövlükdə makroiqtisadi göstəricilər, kredit faizləri, inflyasiya və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də daşınmaz əmlakın qiymətinə birbaşa təsir göstərən faktorlardandır”.
AQC sədri qeyd edib ki, paytaxtda aparılan yenidənqurma tədbirləri də bazar dinamikasına təsirsiz ötüşmür:
"Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına uyğun olaraq qəzalı və istismar müddətini bitirmiş binaların sökülməsi, yerində abadlıq işlərinin aparılması və yeni binaların inşası prosesi özlüyündə qiymətlərin artmasını tətikləyən amillərdəndir”.
Ekspert bildirib ki, mənzillərin maya dəyərinin artmasında tikinti materiallarının və torpağın bahalaşması mühüm rol oynayır:
"Son illərdə sement, beton, armatur, elektrik və santexnika avadanlıqlarının qiymətində, eləcə də işçi qüvvəsinin əməkhaqqında ciddi artım müşahidə olunur. Bundan başqa, tikinti normativlərinin sərtləşməsi və şəhərsalma tələblərinin mürəkkəbləşməsi də maya dəyərini yüksəldir. Vaxt keçdikcə tikinti üçün yararlı torpaq sahələri azalır. Torpaq məhdud və artmayan resurs olduğu üçün onun qiyməti daima yüksəlir ki, bu da son nəticədə tikilən binaların kvadratmetrinin dəyərinə birbaşa təsir edir”.
Vüqar Oruc son olaraq ipoteka kreditlərinin bazardakı roluna toxunaraq əlavə edib:
"İpoteka əlçatanlığının və müraciətlərin sayının artması bazarda böyük dinamika yaradır. Tələb artdığı, təklif isə məhdud qaldığı üçün qiymətlərin yüksəlməsi qaçılmaz olur. Yeni yaşayış layihələrinin daha yüksək xərclərlə başa gəlməsi də ümumi qiymət artımı tendensiyasını gücləndirir”.
Çimnaz Telmanqızı
00:00 / 18 Oktyabr 2026
172
23:59 / 17 Oktyabr 2026
111
23:34 / 17 Oktyabr 2026
122
23:19 / 17 Oktyabr 2026
139
22:59 / 17 Oktyabr 2026
138
22:49 / 17 Oktyabr 2026
156
22:21 / 17 Oktyabr 2026
232
22:12 / 17 Oktyabr 2026
165
22:10 / 17 Oktyabr 2026
139
22:05 / 17 Oktyabr 2026
151
21:57 / 17 Oktyabr 2026
197
21:40 / 17 Oktyabr 2026
205
21:18 / 17 Oktyabr 2026
103
20:39 / 17 Oktyabr 2026
111
20:39 / 17 Oktyabr 2026
174
20:16 / 17 Oktyabr 2026
129
20:03 / 17 Oktyabr 2026
169
20:03 / 17 Oktyabr 2026
2023
19:50 / 17 Oktyabr 2026
119
19:38 / 17 Oktyabr 2026
354
19:38 / 17 Oktyabr 2026
167
19:32 / 17 Oktyabr 2026
1383
19:26 / 17 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.