"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
266
03.08.2026, 09:13
Bu gün magistraturaya qəbul olunanların qeydiyyatı başlayır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyənlər imtina etmiş hesab olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunub. Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 10 510 nəfəri cari ilin, 3 335 nəfəri isə əvvəlki illərin məzunlarıdır.
Bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər, əsas yerləşdirmə nəticəsində magistraturaya qəbul olunanların sayı isə 399 nəfər artıb.
Ötən il 5 798 nəfər dövlət sifarişi ilə qəbul olunduğu halda, bu il 6 580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul edilib. Beləliklə, ötən illə müqayisədə 834 nəfər daha çox bakalavr ödənişsiz təhsil almaq imkanı qazanıb.
2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub. Müqayisə üçün qeyd edək ki, ötən il 16 848 plan yeri ayrılmış və dolma göstəricisi 79,81 faiz olmuşdu. Bu il plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer çox olub.
Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar arasında müsabiqə vəziyyəti fərqli olub. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun 4, 8, 21, 52, 55, 57, 60 və 71 nömrəli proqramlara ayrılmış plan yerləri tam (100 faiz) dolub.
"Ali təhsil müəssisələri üzrə nəticələrə gəlincə, Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerlərinin hamısı dolub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin 90 faizdən çoxu tutulub.
Plan yerlərinin dolma göstəricisi ən aşağı olan ali təhsil müəssisələri isə Bakı Avrasiya Universiteti (21,30 faiz) və Azərbaycan Kooperasiya Universiteti (36,51 faiz) olub", - DİM-in məlumatında bildirilib.
Qeyd edək ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu günlərdə elan olunacaq. Magistraturaya qəbul ola bilməyən bakalavrlar həmin mərhələdə yenidən ixtisaslaşma seçimi edə biləcəklər.
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.