General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
09 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
464
01.08.2026, 22:29
Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.
Oxu24.com xəbər verir ki, sabiq dövlət xadimi uzun illərdir yaşadığı İsveçrədə, Bazel şəhərində dünyasını dəyişib. O, son illər ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı. Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məlumatlar yayılmışdı.
Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.
1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq Hüseynov, 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə gətirilib. Həmin ilin iyununda isə Qərb bölgəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
1994-cü ilin mart ayında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən Tofiq Hüseynov 1995-ci ilin yanvarında azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyasında fəaliyyət göstərib, partiyanın Məclis və Divan üzvü, başqan müşaviri olub. Daha sonra partiyadan ayrılıb.
Təxminən 7–8 il əvvəl İsveçrəyə mühacirət edən sabiq nazir ömrünün son illərini Bazel şəhərində keçirirdi. Ailəli idi, iki övladı var.(Musavat.com )
12:03 / 09 Noyabr 2026
49
11:56 / 09 Noyabr 2026
37
11:56 / 09 Noyabr 2026
50
11:43 / 09 Noyabr 2026
56
11:37 / 09 Noyabr 2026
138
11:34 / 09 Noyabr 2026
60
11:30 / 09 Noyabr 2026
55
11:22 / 09 Noyabr 2026
73
11:09 / 09 Noyabr 2026
179
11:05 / 09 Noyabr 2026
109
10:55 / 09 Noyabr 2026
160
10:51 / 09 Noyabr 2026
304
10:44 / 09 Noyabr 2026
147
10:38 / 09 Noyabr 2026
200
10:30 / 09 Noyabr 2026
118
10:27 / 09 Noyabr 2026
103
10:10 / 09 Noyabr 2026
176
10:09 / 09 Noyabr 2026
196
10:00 / 09 Noyabr 2026
229
09:36 / 09 Noyabr 2026
1308
09:26 / 09 Noyabr 2026
111
09:19 / 09 Noyabr 2026
149
08:46 / 09 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.