Bakının bu ərazilərində işıq KƏSİLƏCƏK
26 İyul 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
164
24.07.2026, 17:30
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib.
Oxu24.com xəbər verir ki, səhər yeməyi masası ətrafında keçirilən tədbirdə AQC İdarə Heyətini sədri Vüqar Oruc, sədrin müşaviri Asif İbrahimov, AQC Tikinti, Abadlıq və Köçürülmə Komissyasının sədri Elnur Fərzəliyev, AQC Daşınmaz Əmlak koordinatoru Şaiq Əliyev, AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli AQC sədrinin köməkçisi Ziya Mustafayev, ölkənin müxtəlif media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist iştirak edib. Görüşdə media ilə qiymətləndirmə sektoru arasında əməkdaşlığın inkişafı, ictimaiyyətin düzgün məlumatlandırılmasının əhəmiyyəti və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edərək onların cəmiyyətin obyektiv məlumatlandırılmasında, şəffaflığın təmin olunmasında və ictimai rəyin formalaşmasında mühüm rol oynadıqlarını bildirib. O qeyd edib ki, media ilə sağlam əməkdaşlıq dövlət, biznes və cəmiyyət arasında etibarlı informasiya körpüsünün qurulmasına xidmət edir.
Vüqar Oruc vurğulayıb ki, AQC fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında, qiymətləndirmə sahəsində aparılan islahatların və yeniliklərin işıqlandırılmasında media nümayəndələrinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. O, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.
Səmimi mühitdə keçən tədbirdə jurnalistlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr keçirilib.
Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq edən bir qrup media nümayəndəsi peşəkar fəaliyyətlərinə və qiymətləndirmə sahəsinin ictimaiyyətə çatdırılmasına verdikləri töhfəyə görə təşəkkürnamələrlə təltif olunub. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
22:47 / 26 İyul 2026
1
22:27 / 26 İyul 2026
19
22:06 / 26 İyul 2026
51
20:35 / 26 İyul 2026
52
20:15 / 26 İyul 2026
74
19:42 / 26 İyul 2026
77
19:09 / 26 İyul 2026
80
19:09 / 26 İyul 2026
90
18:54 / 26 İyul 2026
103
18:53 / 26 İyul 2026
107
18:05 / 26 İyul 2026
101
13:40 / 26 İyul 2026
155
13:25 / 26 İyul 2026
144
12:55 / 26 İyul 2026
219
12:35 / 26 İyul 2026
170
12:30 / 26 İyul 2026
317
12:23 / 26 İyul 2026
1165
12:15 / 26 İyul 2026
149
12:00 / 26 İyul 2026
118
11:35 / 26 İyul 2026
809
11:30 / 26 İyul 2026
158
11:21 / 26 İyul 2026
213
11:13 / 26 İyul 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.