Polislər nə qədər maaş alır? - DEPUTATDAN AÇIQLAMA
11 Noyabr 2026, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1697
24.05.2026, 23:13
Fövqəladə Hallar Nazirliyi hazırda bəzi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Oxu24.com-un məlumatına görə, nazirlik bildirib ki, hazırda ayrı-ayrı rayonlarda yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Həmçinin, yaxın günlərdə də yağışlı və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.
FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə hallarla üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edib.
Nazirlik ildırım təhlükəsi ilə bağlı da xəbərdarlıq edib. Bildirilib ki, ildırım zamanı elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışılmamalı, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanılmamalıdır. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırıb şüşələri qaldıraraq təhlükənin keçməsini gözləmək tövsiyə olunub.
Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən uzaq durmaq məsləhət görülüb.
FHN həmçinin qeyd edib ki, küləkli hava yanğınların söndürülməsini çətinləşdirdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Nazirlik vətəndaşları təhlükə zamanı 112 qaynar xəttinə müraciət etməyə çağırıb.
13:54 / 11 Noyabr 2026
2
13:48 / 11 Noyabr 2026
23
13:44 / 11 Noyabr 2026
78
13:41 / 11 Noyabr 2026
33
13:33 / 11 Noyabr 2026
140
13:27 / 11 Noyabr 2026
84
13:19 / 11 Noyabr 2026
55
13:13 / 11 Noyabr 2026
64
12:57 / 11 Noyabr 2026
125
12:54 / 11 Noyabr 2026
120
12:48 / 11 Noyabr 2026
96
12:44 / 11 Noyabr 2026
145
12:35 / 11 Noyabr 2026
223
12:32 / 11 Noyabr 2026
104
12:29 / 11 Noyabr 2026
88
12:24 / 11 Noyabr 2026
641
12:19 / 11 Noyabr 2026
489
12:15 / 11 Noyabr 2026
106
12:09 / 11 Noyabr 2026
95
11:57 / 11 Noyabr 2026
697
11:50 / 11 Noyabr 2026
157
11:49 / 11 Noyabr 2026
220
11:43 / 11 Noyabr 2026
1512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.