Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
11 Noyabr 2026, 14:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
585
22.05.2026, 15:22
Son aylar dünyanın bir sıra ölkələrində yayılan viruslar (Ebola, Hantavirus) səbəbindən bəzi ərazilərdə karantin rejimləri elan edilib. Avropa və Afrika ölkələri sərhədlərində ciddi yoxlamalar başladılıb. Bu isə qarşıdan gələn yay mövsümündə turizm sektoruna təsir edəcək.
Turist axını, xidmət, aviareyslərin qiymətində nələr gözlənilir?
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Ajans.az-a açıqlama verib.
O bildirib ki, son aylarda müxtəlif ölkələrdə virus təhlükələrinin yenidən gündəmə gəlməsi beynəlxalq turizm sektorunda müəyyən narahatlıq yaradır. Xüsusilə sərhəd nəzarətlərinin gücləndirilməsi və bəzi regionlarda karantin tədbirlərinin tətbiqi insanların səyahət qərarlarına təsir edə bilər. Bu baxımdan yay mövsümündə turist axınında müəyyən azalma ehtimalı istisna deyil.
“İnsanlar daha təhlükəsiz hesab etdikləri istiqamətlərə üstünlük verməyə başlayırlar.
Azərbaycan üçün isə vəziyyət daha çox qlobal proseslərin inkişafından asılı olacaq. Əgər regionda epidemioloji risklər artmasa, ölkəyə turist axınının tam dayanacağı gözlənilmir. Lakin müəyyən ehtiyatlılıq səbəbindən əvvəlki proqnozlarla müqayisədə turist sayında qismən azalma müşahidə oluna bilər.”
Ekspert deyib ki, digər ölkələrdə isə xüsusilə turizmdən ciddi asılı olan iqtisadiyyatlar müəyyən maliyyə itkiləri ilə qarşılaşa bilər. Otel, restoran, nəqliyyat və xidmət sektorlarında gəlirlərin azalması mümkündür.
“Hazırkı mərhələdə Azərbaycanda sərt karantin rejiminin yenidən tətbiqi real görünmür. Çünki həm pandemiya dövrünün təcrübəsi, həm də iqtisadi faktorlar hökumətləri daha balanslı qərarlar verməyə sövq edir. Daha çox nəzarət tədbirləri, tibbi yoxlamalar və profilaktik addımların gücləndirilməsi ehtimalı var. Yalnız ciddi epidemioloji təhlükə yaranacağı halda məhdudiyyətlər gündəmə gələ bilər.”
Onun sözlərinə görə, turist axınının azalması qiymətlərə də təsirsiz ötüşməyəcək. Əgər turist sayı azalarsa, otel və turizm xidmətlərində müəyyən endirimlər və kampaniyalar müşahidə oluna bilər. Əksinə, bəzi hallarda əlavə təhlükəsizlik və logistika xərcləri xidmət qiymətlərinin artmasına da səbəb ola bilər. Yəni qiymət siyasəti daha çox bazardakı tələb və vəziyyətin inkişafından asılı olacaq.
15:07 / 11 Noyabr 2026
1
14:51 / 11 Noyabr 2026
52
14:43 / 11 Noyabr 2026
73
14:39 / 11 Noyabr 2026
64
14:36 / 11 Noyabr 2026
56
14:26 / 11 Noyabr 2026
159
14:13 / 11 Noyabr 2026
410
13:58 / 11 Noyabr 2026
209
13:54 / 11 Noyabr 2026
473
13:48 / 11 Noyabr 2026
123
13:44 / 11 Noyabr 2026
169
13:41 / 11 Noyabr 2026
94
13:33 / 11 Noyabr 2026
232
13:27 / 11 Noyabr 2026
153
13:19 / 11 Noyabr 2026
91
13:13 / 11 Noyabr 2026
102
12:57 / 11 Noyabr 2026
162
12:54 / 11 Noyabr 2026
163
12:48 / 11 Noyabr 2026
123
12:44 / 11 Noyabr 2026
185
12:35 / 11 Noyabr 2026
311
12:32 / 11 Noyabr 2026
127
12:29 / 11 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.