Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
11 Noyabr 2026, 14:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
658
22.05.2026, 14:02
21 May 2026-cı il tarixində Qazaxıstanın mədəniyyət və elm mərkəzlərindən biri olan Almatı şəhərində, Əl-Fərəbi adına Qazax Milli Universitetində "Birinci Bakı Türkoloji Qurultayının İrsi və XXI Əsrdə Türk Dünyası" mövzusunda Beynəlxalq Türkoloji Konfrans öz işinə başlayıb.
Oxu24.com xəbər verir ki, konfrans 2025-ci il Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd edilməsi ilə bağlı göstərişə əsasən Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası, TÜRKSOY, Türk Dil Qurumu, Bakı Dövlət Universiteti və Əl-Fərəbi adına Qazax Milli Universitetinin birgə təşəbbüsü ilə keçirilir.
Bu genişmiqyaslı elmi-mədəni platformanın əsas strateji əhəmiyyəti, türkologiya elminin fundamental tarixi nailiyyətlərini müasir dövrün qlobal və rəqəmsal çağırışları müstəvisində yenidən qiymətləndirmək, eləcə də türk dövlətləri arasında elmi inteqrasiyanın institusional mexanizmlərini gücləndirməkdir.
Konfrans Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otarbayevin Dövlət Başçısı Zati-aliləri Kasım-Jomart Tokayev salamlama nitqini səsləndirməsi ilə başlayıb.
Tədbirin açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova 1926-cı ildə məhz Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayın ortaq dil, tarix, mədəniyyət və mənəvi irsin elmi müstəvidə yeni mərhələyə qaldırılmasında, eləcə də bugünkü türk inteqrasiyasının möhkəm təməlinin qoyulmasında taleyüklü rol oynadığını vurğulayıb. Fondun prezidenti bu gün Türk dövlətlərinin beynəlxalq təşkilatlarının ortaq mənəvi məqsədlər naminə güclərini birləşdirərək dərin məzmunlu elmi-mədəni layihələr icra etməsini türk dünyasının parçalanmaz bütövlüyünün və elmi intibahının təzahürü kimi qiymətləndirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dil Qurumunun sədri Osman Mert, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Əl-Fərəbi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayev çıxış edərək 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıblar.
Konfransın açılışında türk dünyasının beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də tanınmış alimləri, ziyalıları, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.

15:07 / 11 Noyabr 2026
1
14:51 / 11 Noyabr 2026
52
14:43 / 11 Noyabr 2026
73
14:39 / 11 Noyabr 2026
64
14:36 / 11 Noyabr 2026
56
14:26 / 11 Noyabr 2026
159
14:13 / 11 Noyabr 2026
410
13:58 / 11 Noyabr 2026
209
13:54 / 11 Noyabr 2026
473
13:48 / 11 Noyabr 2026
123
13:44 / 11 Noyabr 2026
169
13:41 / 11 Noyabr 2026
94
13:33 / 11 Noyabr 2026
232
13:27 / 11 Noyabr 2026
153
13:19 / 11 Noyabr 2026
91
13:13 / 11 Noyabr 2026
102
12:57 / 11 Noyabr 2026
162
12:54 / 11 Noyabr 2026
163
12:48 / 11 Noyabr 2026
123
12:44 / 11 Noyabr 2026
185
12:35 / 11 Noyabr 2026
311
12:32 / 11 Noyabr 2026
127
12:29 / 11 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.