Sahil Babayev açıqladı: Gələn il pensiyalar bu qədər artacaq
11 Noyabr 2026, 15:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1122
21.05.2026, 20:58
Bakı–Tiflis qatarının açılması Türkiyəyə gediş-gəlişi də ucuzlaşdıra bilər. Bildirilir ki, sərnişinlər Tiflisə gedərək oradan qonşu ölkəyə keçə biləcəklər. Bu baxımdan, dolayı yolla Türkiyəyə quru yolunun açıldığını demək mümkündür. İndiki mərhələdə bir azərbaycanlının Türkiyəyə quru yolu ilə səfərinin təxmini nə qədər başa gələcəyi və bu vəziyyətin turizmə necə təsir göstərəcəyi sual doğurur.
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov Bakı–Tiflis qatarının istifadəyə verilməsinin Türkiyəyə səfərləri müəyyən qədər ucuzlaşdıra biləcəyini bildirib:
“İstənilən halda dəmir yolu nəqliyyatının qiyməti hava yolu biletindən daha aşağı olur. Gürcüstana səfər edənlərin sayı da arta bilər. 2019-cu ildə təxminən 1 milyon 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Onların hamısı turizm məqsədli səfər etmirdi, bir qismi tranzit kimi Gürcüstan üzərindən digər ölkələrə gedirdi. Hazırkı vəziyyətdə də Tbilisidən Azərbaycana və əks istiqamətdə tranzit səfərlərin artacağı gözlənilir. Türkiyə vətəndaşları Gürcüstan üzərindən Azərbaycana, eləcə də Azərbaycan vətəndaşları bu marşrutla Türkiyəyə səfər edə bilərlər. Bu isə daha sərfəli imkanlar yaradır”.
Ekspert qeyd edib ki, hazırda Gürcüstana gediş-gəliş təyyarə biletlərinin qiyməti təxminən 500–600 manat civarındadır:
“Türkiyə istiqamətində isə qiymətlər bir qədər yüksəkdir. Qatar xəttinin istifadəyə verilməsi bu xərcləri müəyyən qədər, hətta yarıyadək azalda bilər. Bu, turizmin aktivliyinə də təsir göstərəcək. Gözlənilir ki, daha çox Azərbaycan vətəndaşı Gürcüstana və oradan digər ölkələrə səfər edəcək. Eyni zamanda, bu proses əks istiqamətdə turist axınına da təsir göstərə bilər. Əsas amillərdən biri yerlərin kifayət qədər olması, biletlərin əlçatanlığı və rahatlığıdır. Bütün bunlar ümumi hərəkət intensivliyinə təsir edəcək”.
15:31 / 11 Noyabr 2026
1
15:27 / 11 Noyabr 2026
29
15:13 / 11 Noyabr 2026
56
15:07 / 11 Noyabr 2026
84
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
130
14:39 / 11 Noyabr 2026
128
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
209
14:13 / 11 Noyabr 2026
601
13:58 / 11 Noyabr 2026
262
13:54 / 11 Noyabr 2026
504
13:48 / 11 Noyabr 2026
144
13:44 / 11 Noyabr 2026
192
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
252
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
172
12:54 / 11 Noyabr 2026
178
12:48 / 11 Noyabr 2026
132
12:44 / 11 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.