Qaynar xətt:

(+99450) 247 90 86

Təcili yardım çağıranlar üçün mühüm xəbərdarlıq 

Təcili yardım çağıranlar üçün mühüm xəbərdarlıq 

CƏMİYYƏT

67

01.03.2026, 21:35

Təcili tibbi yardım çağırarkən bir sıra məqamları bilmək lazımdır.

Oxu24.com xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təcili tibbi yardım çağırarkən vətəndaşlar bir sıra vacib məqamlara diqqət etməlidirlər. Dəqiq və aydın məlumatın verilməsi briqadanın hadisə yerinə daha tez və hazırlıqlı çatmasına imkan yaradır.

Qeyd olunub ki, zəng zamanı ilk növbədə xəstənin adı, soyadı, yaşı və cinsiyyəti bildirilməlidir. Ünvan tam və dəqiq şəkildə – küçə, bina, giriş, mərtəbə və mənzil qeyd edilməklə deyilməlidir. Hadisə və ya şikayət mümkün qədər aydın təsvir olunmalıdır.

Eyni zamanda, əlaqə nömrəsi mütləq dispetçerə təqdim edilməli, zəng edən şəxs telefonunu yanında saxlamalı və verilən təlimatlara əməl etməlidir. Dispetçer danışığı bitirməyənə qədər əlaqəni kəsməmək tövsiyə olunur.

Mərkəz onu da xatırladıb ki, ünvanın tapılması çətin olduqda təcili tibbi yardım avtomobilini qarşılamaq üçün küçəyə çıxmaq vaxt itkisini azaldır və həkimin hadisə yerinə daha tez çatmasına kömək edir.

Vurğulanıb ki, düzgün və dolğun məlumatın təqdim edilməsi sürətli və effektiv tibbi yardım deməkdir.“Yeni Sabah”