Bakıda bu evlər söküləcək
21 Fevral 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
21.02.2026, 20:29
Goranboy rayonunda sertifikasiya imtahanından kəsilən müəllimlərə qarşı dələduzluq edilib.
Oxu24.com Lent.az-a istinadla xəbər verir ki, 47 yaşlı rayon sakini Salman Qəmbərov (ad və soyad şərtidir) xeyli miqdarda dələduzluqda təqsirləndirilir.
İttiham aktına görə, rayon ərazisindəki orta məktəblərdə ayrı-ayrı fənlərdən dərs keçən üç müəllim Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanından kəsiliblər. Lakin onlara daha bir il də işləyib imtahan vermələri üçün şərait yaradılıb. Bu zaman onlar bəzi şəxslərin vasitəsilə Salmanla tanış olublar. Salman onlara növbəti il keçiriləcək sertifikasiya imtahanından 50-dən yuxarı bal yazılacağına dair vəd verib. Bunun üçün hər birindən 9 000 manat olmaqla, ümumilikdə 27 min manat pul alıb.
Beləliklə, Salmana arxayın olub imtahana girən üç müəllimin ikisi 30-dan yuxarı, biri isə 30-dan aşağı bal toplayıblar. Aldandığını başa düşən müəllimlər polisə müraciət ediblər. Nəticədə Salman Qəmbərov saxlanılıb və barəsində cinayət işi başlanıb.
İstintaq zamanı Salman hər üç müəllimə vurduğu ziyanı tam ödəyib. Zərərçəkənlər ondan şikayətçi olmadıqlarını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.
Məhkəmənin qərarı ilə Salman Qəmbərov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Həmçinin oxuyun
23:02 / 21 Fevral 2026
10
22:40 / 21 Fevral 2026
31
22:24 / 21 Fevral 2026
36
21:58 / 21 Fevral 2026
42
21:36 / 21 Fevral 2026
41
21:24 / 21 Fevral 2026
50
21:12 / 21 Fevral 2026
113
21:04 / 21 Fevral 2026
43
20:49 / 21 Fevral 2026
50
20:46 / 21 Fevral 2026
276
20:05 / 21 Fevral 2026
77
19:59 / 21 Fevral 2026
63
19:43 / 21 Fevral 2026
61
19:35 / 21 Fevral 2026
150
19:30 / 21 Fevral 2026
77
19:17 / 21 Fevral 2026
64
19:04 / 21 Fevral 2026
78
18:49 / 21 Fevral 2026
67
18:39 / 21 Fevral 2026
71
18:26 / 21 Fevral 2026
66
18:19 / 21 Fevral 2026
80
18:19 / 21 Fevral 2026
77
18:08 / 21 Fevral 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.