Şad xəbər: Quru sərhədlər açılır - Ekspert
19 May 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
992
01.12.2025, 14:04
Regionda baş verən proseslər fonunda Gürcüstanla quru sərhədlərin açılıb-açılmayacağı mövzusu yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə, karantin rejiminin müddətinin uzadılması və ölkə daxilində aparılan əməliyyatlar fonunda ictimaiyyət qarşıdakı ildə sərhədlərin taleyinin necə olacağını maraqla gözləyir.
Oxu24.com Konkret.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, hazırki vəziyyətdə sərhədlərin açılması real görünmür.
Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi yanvarın 1-nə qədər uzadılıb və bu, quru sərhədlərin yaxın zamanda açılmayacağı ehtimalını gücləndirir:“Karantin rejiminin uzadılması o deməkdir ki, quru sərhədlərin açılması hazırda gündəmdə deyil. Düşünürəm ki, ilin sonunda məsələyə daha çox aydınlıq gələcək. Amma indiki şəraitdə sərhədlərin açılması mümkünsüz görünür.”
Siyasi şərhçi əlavə edib ki, ehtimallara görə karantin rejiminin müddəti aprelin 1-nə kimi yenidən uzadıla bilər:“Bununla bağlı xəbərlərə rast gəlinir. Ölkə daxilində agentura şəbəkəsinə aid bəzi şəxslərin həbsləri həyata keçirilir və bu prosesin davam edəcəyi bildirilir. Bu isə hökumətə sərhədlərin açılmasını bir müddət də ertələməsi üçün əsas verir.”Cavanşir Abbaslının fikrincə, hətta gələn ilin ilk yarısında belə quru sərhədlərin açılması ehtimalı çox aşağıdır. Bununla belə, o, məsələnin əhəmiyyətini vurğulayıb:“Quru sərhədlərin açılması çox mühümdür. İnsanlarda artıq immunitet formalaşıb və sərhədlərin bağlı qalmasına müəyyən qədər öyrəşiblər. Amma istənilən halda bir ölkənin quru sərhədlərinin uzun müddət bağlı qalması yaxşı hal deyil. Xüsusilə də qonşu Gürcüstanla sərhədlərin bağlı qalması sadə vətəndaşların cibinə birbaşa təsir edir.”
21:58 / 19 May 2026
1
21:35 / 19 May 2026
37
21:20 / 19 May 2026
37
21:09 / 19 May 2026
43
20:47 / 19 May 2026
52
20:47 / 19 May 2026
41
20:42 / 19 May 2026
46
20:38 / 19 May 2026
43
20:34 / 19 May 2026
44
20:31 / 19 May 2026
37
20:27 / 19 May 2026
87
20:24 / 19 May 2026
143
20:23 / 19 May 2026
104
20:12 / 19 May 2026
61
19:51 / 19 May 2026
86
19:35 / 19 May 2026
69
19:22 / 19 May 2026
103
19:00 / 19 May 2026
142
18:58 / 19 May 2026
97
18:48 / 19 May 2026
125
18:29 / 19 May 2026
74
18:19 / 19 May 2026
114
18:01 / 19 May 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.