Deputat anası ilə FOTOSUNU PAYLAŞDI
15 Noyabr 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
600
30.11.2025, 20:30
Özbəkistanın elektron siqaretlərə tətbiq etdiyi tam qadağa regionda geniş rezonans doğurub. Qonşu ölkənin bu qərarı əsaslandırarkən göstərdiyi arqumentlər, xüsusilə yeniyetmələr arasında istifadə hallarının artması, sağlamlıq risklərinin tam aydın olmaması və məhsulların nəzarətsiz şəkildə bazara çıxması digər dövlətləri də bu istiqamətdə düşünməyə vadar edir. Azərbaycanda da son illərdə həm klassik, həm də elektron siqaretlərdən istifadə diqqətçəkən dərəcədə artıb, onların real təsirləri, təhlükəsizlik səviyyəsi və ictimai sağlamlığa mümkün riskləri isə hələ də geniş müzakirə mövzusudur.
Bu baxımdan Özbəkistanın atdığı addım Azərbaycanda da analoji qadağanın müzakirə olunmasına səbəb ola bilərmi?
Millət vəkili Müşviq Məmmədli “Yeni Sabah”a məsələ ilə bağlı fikirlərini bildirib. Deputatın sözlərinə görə, ictimai məkanlarda bu qadağa tətbiq olunur və həm elektron, həm də adi siqaretlər üçün keçərlidir. Amma təbii ki, elektron siqarətlərin tərkibində olan maddələrin onların insan orqanizmində hansı məhvedici təsirlər yaratdığı geniş ictimaiyyət tərəfindən, tibb xadimləri tərəfindən, elmi çevrələrdə müzakirə olunur:
“Təbii ki, yanaşma digər sahələrdə olduğu kimidir: vətəndaş bu barədə məlumatlandırılır, zərərli olması barədə fikirlər bildirilir və yaşa görə satış məhdudiyyəti var. Sonra təsir məsələləri və azyaşlıların çox olduğu yerlərdə satış baxımından bu məhdudiyyətlər də tətbiq olunur”.
M.Məmmədli hazırkı yanaşmanın belə olduğunu və sonrakı dövrlərdə müxtəlif addımlar atıla biləcəyini vurğulayıb:
“Öz şəxsi fikrimi bildirmək istəyirəm ki, ümumiyyətlə maksimum maarifləndirmə aparılmalıdır. Vətəndaşlarımızı istər elektron, istər klassik siqarətlərdən uzaq tutmalıyıq. Çünki bunlar həm insan sağlamlığına zərərlidir, həm də maddi baxımdan hər bir insanın, xüsusən gənclərin büdcəsinə ziyandır. Təbii ki, mən də burada məhdudlaşdırıcı, amma daha çox maarifləndirərək məhdudlaşdırıcı tədbirlərin tərəfdarıyam”.
“Əvvəlcə qeyd edim ki, elektron siqarət ideyası 1970-ci illərdə ortaya çıxıb, lakin bir müddət sonra bu ideya sanki unudulub. Əsrin sonunda isə yenidən bu mövzuya qayıdıldı və sahibkarlar bu ideyanı dəyərləndirdilər. Beləliklə, elektron siqarətlərin kütləvi istehsalına başlanıldı. Əslində, bu istehsalın məqsədi guya ənənəvi siqarətə alternativ yaratmaq və insanlara siqarəti tərgitməyə kömək etmək idi. Lakin sonrakı təcrübə göstərdi ki, elektron siqarətlər təhlükəlilik baxımından ənənəvi siqarətlərdən geri qalmır”, - bu fikirləri isə “Yeni Sabah”a professor Adil Qeybulla bildirib.
O, əlavə edib ki, hər iki məhsulda asılılıq yaradan maddə, nikotinin miqdarı təxminən eynidir:
“Kanserogen maddələrə gəldikdə isə, ənənəvi siqarətdə tütünün yanması nəticəsində polisiklik aromatik karbohidrogenlər, yəni qatrana bənzər maddələr əmələ gəlirsə, elektron siqarətlərdə aromatik maddələrin yanmasından yaranan kanserogenlər rol oynayır.
Buna görə də hər iki məhsul orqanizm üçün eyni dərəcədə ziyanlıdır. Mən elektron siqarətlərin qadağan edilməsini müəyyən qədər məntiqli sayıram. Amma bir məsələ də var: qadağan olunan məhsul dünyada istehsal olunmağa davam edəcəksə, qeyri-rəsmi yollarla ölkəyə daxil olacaq, qiymətlər artacaq və defisit yaranacaq. Sadəcə olaraq, bu mövzuda təbliğata daha böyük üstünlük verilməsi məncə daha məqsədəuyğun olar”.
20:30 / 15 Noyabr 2026
1
20:09 / 15 Noyabr 2026
183
19:51 / 15 Noyabr 2026
214
19:37 / 15 Noyabr 2026
70
19:17 / 15 Noyabr 2026
78
19:09 / 15 Noyabr 2026
81
18:40 / 15 Noyabr 2026
97
18:05 / 15 Noyabr 2026
133
17:53 / 15 Noyabr 2026
1655
17:43 / 15 Noyabr 2026
706
17:16 / 15 Noyabr 2026
586
17:12 / 15 Noyabr 2026
3093
17:09 / 15 Noyabr 2026
111
15:50 / 15 Noyabr 2026
125
15:25 / 15 Noyabr 2026
161
15:15 / 15 Noyabr 2026
145
14:47 / 15 Noyabr 2026
205
14:34 / 15 Noyabr 2026
404
14:25 / 15 Noyabr 2026
167
14:19 / 15 Noyabr 2026
141
14:02 / 15 Noyabr 2026
556
13:27 / 15 Noyabr 2026
413
12:55 / 15 Noyabr 2026
1860
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.