Qaz kəsiləcək - Bu rayonda
25 Fevral 2026, 09:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
485
30.11.2025, 18:58
Müəllimlərin tam ştatla yəni gündə 8 saat məktəbdə qalmaqla işləməsi barədə müzakirələr təhsil sistemində yeni mərhələnin başlanğıcını göstərir. Nazirliyin açıqlamasına görə, proses ilk növbədə böyük məktəblərdə tətbiq ediləcək. Bu, ilk növbədə Bakıda və bir sıra rayonlarda fəaliyyət göstərən məktəblərə təsir edəcək.
Oxu24.com xəbər verir ki,Modern.az-a açıqlamasında təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, 8 saatlıq iş qrafiki daha çox Bakı, ondan sonra isə Sumqayıt və Abşeron kimi böyük məktəbləri və geniş şagird kontingenti olan məktəblərdə tətbiq edilə bilər. Bu yeniliyin reallaşması üçün məktəblərin də həm həcmcə böyüklüyü, həm də texniki-təşkilati cəhətdən üstünlüyü çox vacibdir.
“Bu kimi məktəblərdə seçilmiş müəllimlər yeni qrafikə əsasən artıq dərslərini bitirən kimi deyil, məhz iş saatı başa çatdıqdan sonra məktəbdən çıxa bilərlər. Bu isə əlavə imkanlar, şərait tələb edir. Çünki günlük dərsini başa vuran müəllim 8 saatlıq iş qrafikinin digər tələbləri istiqamətində də hərəkət etməlidir. Məsələn, o sabahkı dərslərin plan-proqramını hazırlamalı, mövzularla bağlı çalışmalı, üstəlik, şagirdlərlə fərdi formada əlavə hazırlıqları təşkil etməli, üstəlik bəzi hallarda valideynlərlə ünsiyyət saatı təşkil etməlidir. İndi bütün bunların həyata keçməsi üçün müəllimin məktəbdə hər hansı imkanları olacaqmı?! Baxın, bu sualın cavabında çox ciddi çətinliklər yaranacaq. Odur ki, ilkin mərhələ üçün yalnız pilot məqsədli iri məktəblərin seçilməsi gözlənilir ki, nazir də məhz bu detala toxundu” - deyə o qeyd edib.
E.Nuri qeyd edib ki, Bakı şəhərində bu əsnada seçim o qədər də çətin olmayacaq. Çünki burada qeyd olunan meyarların təşkili üçün tələblərə cavab verən məktəblər var.
Həmçinin oxuyun
“Regional təhsil idarələri üzrə hərəsindən bir neçə mərkəzi məktəbin seçilməsi də gözlənilə bilər. Məsələn, Astara -Lənkəran Regional Təhsil İdarəsinə tabe olan məktəblər arasında qurumun çərçivəsindəki rayonların hərəsindən bir böyük məkəb seçilə bilər”.
Ekspert qeyd edib ki, bu sistemin kənd məktəblərdə tətbiqi gözlənilən deyil:
“Bu layihənin ilkin olaraq kənd məktəblərində tətbiqini gözləmirəm. Mümkün olmasına sözsüz ki, mümkündür. Amma pilot xarakterli ilkin mərhələdə bu o qədər də inandırıcı görünmür. Təsəvvür edin, bunun tətbiqi üçün müəllimlərin əlavə gözlənti otağı, fərdi hazırlıqlar üçün kabinetlər və s. lazımdır. Mən hələ xaricdəki təcrübədən çıxış edərək, əlavə istirahət otaqları, "meeting-room"sları və s. demirəm. Onların danışmaq ümumiyyətlə absurddur. Bir sözlə, son olaraq bunu deyə bilərəm ki, 8 saatlıq iş qrafiki tamam-kamal, öz qaydalarına uyğun təşkil olunacaqsa, buna cavab verən məktəblərimizin sayı o qədər də çox olmayacaq”.
09:25 / 25 Fevral 2026
1
09:23 / 25 Fevral 2026
7
09:18 / 25 Fevral 2026
24
00:09 / 25 Fevral 2026
253
23:39 / 24 Fevral 2026
96
23:16 / 24 Fevral 2026
141
23:02 / 24 Fevral 2026
148
22:20 / 24 Fevral 2026
114
22:19 / 24 Fevral 2026
188
22:00 / 24 Fevral 2026
95
21:59 / 24 Fevral 2026
145
21:45 / 24 Fevral 2026
119
21:42 / 24 Fevral 2026
183
21:39 / 24 Fevral 2026
1995
21:35 / 24 Fevral 2026
108
21:34 / 24 Fevral 2026
102
21:31 / 24 Fevral 2026
102
21:08 / 24 Fevral 2026
111
21:08 / 24 Fevral 2026
217
21:03 / 24 Fevral 2026
99
20:51 / 24 Fevral 2026
124
20:39 / 24 Fevral 2026
148
20:35 / 24 Fevral 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.