Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1334
28.11.2025, 20:26
Bakıda yanvar ayında qar yağacağı ehtimalı ilə bağlı proqnozlar mediada gündəmə gəlib. “AccuWeather” platformasının məlumatına əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir.
Havanın temperaturu gündüz 8°, gecə isə 3° isti göstərilir.
Maraqlıdır ki, “AccuWeather”-in bu uzaq tarixlər üçün verdiyi proqnozlar nə dərəcədə realdır? Ümumiyyətlə, belə uzaq tarixlər üçün hava şəraitini əvvəlcədən dəqiq şəkildə proqnozlaşdırmaq mümkündürmü və bu cür məlumatların etibarlılıq faizi nə qədərdir?
Məsələyə münasibət bildirən ekoloq Qorxmaz İbrahimli Sfera.az-a açıqlamasında bildirib ki, hava proqnozları günlük, həftəlik, on günlük, aylıq verilə bilər. Onun sözlərinə görə, dəqiqlik baxımından isə, 2 ay sonra baş verəcək hava proqnozu o qədər də doğru çıxmır:
“Bu bir növ münəccimlik olur. Çünki atmosferdə baş verən proseslər var. Daxil olan siklonlar, Sibirdən gələn hava kütlələri, arktik hava kütlələri ilə daha tez yağıntı ola bilər. Bakıda və rayonlarda belə kütlələrin təsiri nəticəsində qar yağıntısı baş verir. Yanvarın 20-si, 21-i və 23-də Bakıda gözlənilən qar və yağıntı ilə bağlı proqnoz düzgün deyil. Ola bilsin ki, yağsın, amma indidən proqnozlaşdırmaq düzgün deyil. Yəni, belə platformalar verən məlumatlara qaranti vermək olmur”.
Ekoloq əlavə edib ki, bu il qar yağıntıları normal olacaq. O bununla bağlı öz proqnozunu verib:
“Proqnoz vermişəm ki, yaxın vaxtlarda qar yağıntısı ola bilər. Amma 2 ay öncədən filan ayın bu tarixində Bakı şəhərində qar yağacağını demək, dəqiq deyil. Yağa bilər. O tarixlərdə biz tez-tez qar yağıntıları ilə qarşılaşmışıq”.
21:07 / 15 Noyabr 2026
68
20:58 / 15 Noyabr 2026
124
20:55 / 15 Noyabr 2026
61
20:44 / 15 Noyabr 2026
123
20:39 / 15 Noyabr 2026
73
20:30 / 15 Noyabr 2026
87
20:09 / 15 Noyabr 2026
281
19:51 / 15 Noyabr 2026
308
19:37 / 15 Noyabr 2026
105
19:17 / 15 Noyabr 2026
116
19:09 / 15 Noyabr 2026
108
18:40 / 15 Noyabr 2026
123
18:05 / 15 Noyabr 2026
143
17:53 / 15 Noyabr 2026
1874
17:43 / 15 Noyabr 2026
758
17:16 / 15 Noyabr 2026
640
17:12 / 15 Noyabr 2026
3537
17:09 / 15 Noyabr 2026
119
15:50 / 15 Noyabr 2026
131
15:25 / 15 Noyabr 2026
167
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
422
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.