Deputat anası ilə FOTOSUNU PAYLAŞDI
15 Noyabr 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7750
28.11.2025, 16:35
Azərbaycanda idarəçilikdə kişilərlə yanaşı qadınlar da mühüm yer tutur.Bu gün ölkəmizdə yüksək vəzifə tutan xanımlar da az deyil.
Bu dəfə sizə Azərbaycanın hazırda vəzifədə olan yeganə qadın generalı haqqında faktları təqdim edəcəyik.
Oxu24.com xəbər verir ki,hazırda Azərbaycanda general rütbəsi daşıyan yeganə qadın Fövqəladə Hallar Nazirliyində (FHN) xidmət edir. Bu şəxs FHN-nin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Azər qızı Şirinovadır.
Sevda Şirinovanın dövlət orqanlarındakı fəaliyyəti ötən əsrin sonlarından başlayır. O, 1990-cı illərin sonlarından etibarən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra təcrübəli kadr kimi Fövqəladə Hallar Nazirliyinə dəvət olunub.
O, artıq 20 ildən çoxdur ki, FHN-in Kadr siyasəti Baş İdarəsinə rəhbərlik edir və qurumun ən strateji sahələrindən biri – kadrların seçilməsi, yerləşdirilməsi və idarə olunmasına cavabdehdir.
13 dekabr 2010-cu il tarixli Prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlət idarəçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb.
Sevda Şirinovanın uzunmüddətli vəzifə fəaliyyəti ölkənin təhlükəsizlik və fövqəladə hallar sistemində kadr siyasətinin formalaşmasında onun xüsusi rolunu önə çıxarır.
General qadın sərt qərarlar verməklə də yadda qalıb.O,mətbuatda bir gündə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin 20 əməkdaşının işdən çıxarılması mövzusu ilə də düşmüşdü.
Bu gün Sevda Şirinova çalışdığı qurumda mühüm fiqurlardan hesab olunur.
Məlumat üçün qeyd edək ki,Azərbaycanda digər general rütbəsi daşımış bir qadın da olub. O,MTN-də çalışmış Natəvan Mirvətova idi.
O, 2009-cu il martın 28-də Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb. Həmin vaxt bu, Azərbaycanda qadının layiq görüldüyü ən yüksək hərbi rütbə idi.
Lakin 2018-ci ilin aprelində “MTN işi” çərçivəsində məsuliyyətə cəlb olunan Natəvan Mirvətovanın general-mayor hərbi rütbəsi geri alındı.
Həmin ilin aprelində Bakı Hərbi Məhkəməsinin qərarı ilə “MTN işi” cinayətlərində təqsirləndirilən Natəvan Mirvətovanın general-mayor rütbəsinin geri alınması barədə ölkə Prezidentə təqdimat göndərilib.
Məhkəmənin hökmü ilə rütbəsi alınmış Natəvan Mirvətovaya 5 il sınaq müddəti seçilməklə şərti cəza da kəsilib.
Fotoda Natəvan Mirvətova.
Hazırladı: Miri Məcidli
20:30 / 15 Noyabr 2026
1
20:09 / 15 Noyabr 2026
183
19:51 / 15 Noyabr 2026
214
19:37 / 15 Noyabr 2026
70
19:17 / 15 Noyabr 2026
78
19:09 / 15 Noyabr 2026
81
18:40 / 15 Noyabr 2026
97
18:05 / 15 Noyabr 2026
133
17:53 / 15 Noyabr 2026
1655
17:43 / 15 Noyabr 2026
706
17:16 / 15 Noyabr 2026
586
17:12 / 15 Noyabr 2026
3093
17:09 / 15 Noyabr 2026
111
15:50 / 15 Noyabr 2026
125
15:25 / 15 Noyabr 2026
161
15:15 / 15 Noyabr 2026
145
14:47 / 15 Noyabr 2026
205
14:34 / 15 Noyabr 2026
404
14:25 / 15 Noyabr 2026
167
14:19 / 15 Noyabr 2026
141
14:02 / 15 Noyabr 2026
556
13:27 / 15 Noyabr 2026
413
12:55 / 15 Noyabr 2026
1860
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.