DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
28.11.2025, 13:20
Peşə tanınması üzrə 2025-ci il üçün nəzərdə tutulmuş son imtahan 19 dekabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər dekabrın 15-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.