Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
585
28.11.2025, 10:50
Türk Dövlətləri Təşkilatının media və informasiya sahəsində əməkdaşlığı üzv ölkələri ortaq tarixi, mədəni və dil birliyi ətrafında birləşdirən strateji platforma kimi xüsusi əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O, informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlər və hibrid təhdidlərə qarşı birgə mübarizə, eləcə də ümumtürk informasiya məkanının daha dayanıqlı və koordinasiyalı şəkildə qurulmasının bu əməkdaşlığın əsas hədəflərindən olduğunu vurğulayıb:
“Bugünkü toplantı türk dövlətlərinin bir daha birləşməsinə xidmət edir. Media əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli platformadır. Bu forumun Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm ölkə daxilində, həm də ölkə xaricində medianın inkişafına böyük önəm verir.
Bildiyiniz kimi, Azərbaycanda hər il Şuşa Qlobal Formu keçirilir. Bu forum beynəlxalq aləmdə inkişaf etməyimizə və əlaqələrimizi genişləndirməyə imkan yaradır. Bu forum da Türk Dövlətləri Təşkilatının ölkəmiz üçün mühüm inkişaf imkanları yaratdığını göstərir”.
Əhməd İsmayılov Azərbaycan tərəfinin qlobal media trendlərinin təhlili, media savadlılığının artırılması və strateji kommunikasiya üzrə birgə təşəbbüslərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
21:07 / 15 Noyabr 2026
282
20:58 / 15 Noyabr 2026
237
20:55 / 15 Noyabr 2026
83
20:44 / 15 Noyabr 2026
162
20:39 / 15 Noyabr 2026
85
20:30 / 15 Noyabr 2026
104
20:09 / 15 Noyabr 2026
309
19:51 / 15 Noyabr 2026
340
19:37 / 15 Noyabr 2026
113
19:17 / 15 Noyabr 2026
123
19:09 / 15 Noyabr 2026
114
18:40 / 15 Noyabr 2026
131
18:05 / 15 Noyabr 2026
144
17:53 / 15 Noyabr 2026
1913
17:43 / 15 Noyabr 2026
771
17:16 / 15 Noyabr 2026
653
17:12 / 15 Noyabr 2026
3719
17:09 / 15 Noyabr 2026
122
15:50 / 15 Noyabr 2026
133
15:25 / 15 Noyabr 2026
170
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
424
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.